Marsol Group-un Lənkəran–Astara səfəri: sahibkarlar yeni əməkdaşlıq imkanlarını müzakirə etdi

Marsol Group-un Lənkəran–Astara səfəri: sahibkarlar yeni əməkdaşlıq imkanlarını müzakirə etdiMarsol Group-un təşkilatçılığı ilə 21–23 may tarixlərində Lənkəran-Astara iqtisadi rayonuna təşkil olunan səfər çərçivəsində sahibkarlar, dövlət qurumlarının nümayəndələri və region partnyorları bir sıra işgüzar və maarifləndirici görüşlərdə bir araya gəliblər..
azxeber.com xəbər verir ki, səfərin ilk günü Marsol Group partnyorları Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları ilə nahar süfrəsi ətrafında bir araya gəliblər. Görüş zamanı iştirakçılar öz fəaliyyətlərini təqdim edib, yeni əməkdaşlıq imkanları, innovativ yanaşmalar və biznes əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev Marsol Group-un fəaliyyəti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr və səfərin məqsədi barədə iştirakçılara ətraflı məlumat verib.
Səfər çərçivəsində sahibkarlar üçün sosial və səmimi ünsiyyət mühitinin formalaşdırılmasına da xüsusi önəm verilib. Belə ki, iştirakçılar müxtəlif sosial fəaliyyətlərdə iştirak edərək asudə vaxtlarını səmərəli şəkildə dəyərləndiriblər. Bu fəaliyyətlər sahibkarlar arasında daha səmimi münasibətlərin qurulmasına və yeni əlaqələrin yaranmasına töhfə verib.
Həmçinin 22 may tarixində Marsol Group partnyorları Lənkəran Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər. Səfərin məqsədi regionda peşə təhsilinin inkişaf istiqamətləri, mövcud imkanlar və praktiki tədris mühiti ilə yaxından tanış olmaq olub.
Mərkəzin Tədris və təlim üzrə direktor müavini Rəşad Fərəczadə iştirakçılara təhsil müəssisəsinin fəaliyyəti, ixtisas istiqamətləri, müasir tədris infrastrukturu və tələbələrin praktiki biliklərinin inkişafı üçün yaradılmış şərait barədə ətraflı məlumat verib. Görüş zamanı peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və gənclərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Daha sonra iştirakçılar üçün infotur təşkil olunub. Sahibkarlar tədris otaqları, emalatxanalar və praktiki məşğələ sahələri ilə tanış olaraq tələbələr üçün yaradılmış imkanları yerində müşahidə ediblər. Görüş çərçivəsində regionlarda peşə təhsilinin inkişafı və bu istiqamətdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Lənkəran səfərinin son günü, mayın 23-də Marsol Group partnyorları "Saloni" mebel şirkətində qonaq olublar. Şirkətin rəhbəri Elməddin Nuriyevin təqdimatı ilə iştirakçılar modern üslublu, estetik və minimalist ev mebelləri ilə tanış olublar.
Sonda çay süfrəsi ətrafında işgüzar əlaqələrin möhkəmləndirilməsi, gələcək əməkdaşlıq imkanları və yeni layihələr ətrafında müzakirələr aparılıb.
Marsol Group tərəfindən təşkil olunan səfər region sahibkarları arasında əlaqələrin genişlənməsinə, təcrübə mübadiləsinin gücləndirilməsinə və yeni əməkdaşlıqların formalaşmasına töhfə verib.

İqtisadiyyat       Tarix: 28 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler