Mart soyqırımı dünya tarixində törədilən ən qanlı faciələrdən biridir

Mart soyqırımı dünya tarixində törədilən ən qanlı faciələrdən biridirAzərbaycan tarixində çoxlu şanlı səhifələrlə yanaşı faciələr və soyqırımlı səhifələr də vardır. Bu dəhşətli hadisələrdən biri 1918-ci il  mart-aprel  aylarında erməni millətçiləri tərəfindən yaşanmışdı. Mart  soyqırım təkcə Azərbaycan tarixində deyil, dünya tarixində törədilən ən qanlı faciələrdən biridir.
Hələ 1917-ci ilə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində erməni millətçisi Stepan Şaumyanın başçılığı ilə bolşevik Bakı Soveti Bakıda  hakimiyyəti ələ keçirmişdi. Onlar türk-müsəlman əhalisini qırmaq, Bakını rus-erməni şəhərinə çevirmək istəyirdilər. Bu işdə erməni "Daşnaksutyun" partiyası da yaxından kömək edirdi. Beləliklə, 1918-ci ilin martın 30-da bolşevik-daşnak qüvvələri Bakıda azərbaycanlıların kütləvi qırğınına başladılar. Düşmənlər qocaya, qadına, hətta azyaşlı körpə uşaqlara da vəhşicəsinə qanlı divan tutdular, insanları süngüdən keçirərək  diri-diri yandırdılar, evlərini  dağıtdılar. Aprelin 3-dək minlərlə müsəlman əhali qətlə yetirildi. 
Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi, ümumilikdə isə 30 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Milli memarlıq abidələrimiz, məktəblər, xəstəxanalar, məscidlər və digər binalar dağıdıldı. Bakının böyük bir hissəsi xarabalığa çevrildi, nadir memarlıq abidəmiz olan "İsmailiyyə" binası, Tağıyev teatrı, "Açıq söz" və "Kaspi" qəzetinin redaksiyaları yandırıldı, "Təzəpir" məscidi dağıdıldı. Bu qırğınlar təkcə Bakıda deyil, Qarabağda, Naxşıvanda, Göyçayda, Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda və Lənkəranda törədilmişdi. Mart hadisələri ilə bağlı məlumatların çoxu məhv olunduğu üçün  yenidən araşdırılır. Son  araşdırmalara görə təkcə Şamaxı şəhərində təqribən ermənilər tərəfindən 14-16 min nəfərin, onun 40 kənd və obasında 6-8 min nəfərin  öldürüldüyü bildirilir, didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olmuşdur. Quba qəzasında isə ümumilikdə 4 min nəfərdən artıq olduğu bildirilir. Bu soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750 ev yandırılmışdır.
2007-ci il aprelində  Quba stadionunun təmiri ilə əlaqədar qazıntı işləri aparılan zaman kütləvi məzarlıq aşkarlanmışdı. Məzarlıqda 500-dək insan kəlləsi vardı, onların 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara məxsus idi. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımın qurbanı olduğu sübuta yetirildi. Araşdırmalar göstərir ki, ermənilər dinc əhaliyə divan tutarkən odlu silahdan istifadə etməyiblər, sümüklərdə güllə  yeri yoxdur,  buradakı soydaşlarımız  başlarına küt alətlə, mismar vurmaqla qətlə yetirilmişdir, sonra isə quyulara doldurulub üzəri torpaqla örtülmüşdür.
Ermənilərin xalqımıza qarşı törətdiyi Mart soyqırımı faciəsinin araşdırılması və bu həqiqətlərin dünyaya yayılması işi Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı "Azərbayacanlıların soyqırımı"  haqqında Azərbaycan Respublikası  Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş və 31 Mart  "Azərbaycanlıların soyqırım günü" elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
31 Mart soyqırımı təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, bu soyqırım haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Xalqımızın başına gətirilən bu müsibətlər, faciələr dövlətimizin başçısı  cənab İlham Əliyevin təşəbbüsü ilə tədqiqatçılar tərəfindən  qəti şəkildə araşdırılır, yeni faktlar üzə çıxarılır. Məhz xalqımızın tarixi yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Prezident cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində "Soyqırım memorial kompleksi" yaradılmasına qərar vermiş və Soyqrımı memorial kompleksinin açılışı zamanı çıxış edərək demişdir: "1918-ci il mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırım törətmişlər. Beş ay ərzində  50 mindən çox soydaşımız faşizmin qurbanı olmuşdur... Bakı soyqırımı, Quba soyqırımı, İkinci dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlə və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir". Eyni zamanda, bolşevik-daşnak silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı  törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə düzgün çatdırılması məqsədilə Prezident cənab İlham  Əliyev 18 yanvar 2018-ci ildə "1918-ci il azərbaycanlıların soyqırımınin 100 illiyi haqqında" Sərəncam imzalamışdır.
Xalqımız ona qarşı törədilən bu cinayətləri heç vaxt unutmayacaq, daim güclü və mübariz xalq kimi yaşayacaqdır.
İradə ƏLİYEVA, N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbin Tarix müəllimi, Əməkdar müəllim / azxeber.com

Siyasi       Tarix: 28 mart 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan bu dəmir yolunun bərpasına başladı

"Ermənistan Gümrü-Axurik və Yerasxa hissələrində dəmir yolunun bərpası işlərinə başlayıb". xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. "Bu işi biz həyata keçirəcəyik

Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir

Azərbaycan və İrlandiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur.  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib. "Bu gün Azərbayca

Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər

Paşinyan balans siyasətini davam etdirir: Ermənistanın Qərbə inteqrasiyası və daxili siyasi gərginlik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqı ilə inteqrasiya kursunu davam etdirəcəyini bəyan ets

"Üfüqdən o yana baxış..." - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin fotosunu paylaşıb

İlham Əliyevdən Donald Trampa diqqətçəkən MESAJ

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı təbrik edib. KONKRET.azxəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarını

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz: "Rusiya 1 milyon əsgəri ona görə toplayır ki…" - Rəy

Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq bir neçə ildir ki, beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Müxtəlif dövrlərdə tərəflər arasında danışıqlar aparılsa da, sülh razılaşmasına nail olma

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

Azərbaycan və Ermənistan vətəndaşları üçün itkin düşmüş şəxslər, eləcə də onların dəfn yerləri barədə məlumatların konfidensial qaydada (anonim şəkildə) təqdim edilməsi imkanı yaradılacaq. KONKRET.aztrend-ə istinadən xəbə

"Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb" - Elman Nəsirov

Prezident İlham Əliyevin indiyə qədər həyata keçirdiyi siyasətin əsas prioritetini dövlətin və xalqın maraqlarının qorunması təşkil edib. Milli maraqların qətiyyətlə müdafiəsi, ölkənin təhlükəsizliyinin və sabitliyinin təmi

"Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı" - Prezident

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətləraras


yeni xeberler azerbaycan xeberleri son xeberler iqtisadiyyat xeberleri bugun cebheden xeber axsam az xeberler cəbhədən son xeber