Masallıda avtomobillər toqquşdu - Yaralılar var
Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Boradigah kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Masallı rayonunun Hişkədərə kənd sakini 1973-cü il təvəllüdlü Rövşən Məmmədrəhim oğlu Əliyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən Masallı rayonunun Türkoba kənd sakini 1992-ci il təvəllüdlü Nurlan Sədrəddin oğlu Məmmədovun idarə etdiyi avtomobillə toqquşub.
Toqquşma nəticəsində N.Məmmədov və onun sərnişini – Masallı rayonunun Türkoba kənd sakini 1984-cü il təvəllüdlü Coşqun Qiyas oğlu Rzayev xəsarət alıblar. Vəziyyəti ağır olan N.Məmmədov Masallıda özəl klinikaların birinə yerləşdirilib. Həkimlər ona kəllə-beyin travması və üst çənə sümüyünün sınığı diaqnozu qoyublar. C.Rzayev Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi