Masallıda saxta vəsiqə hazırlayaraq karantin qaydalarını pozan şəxs saxlanıldı
Masallıda dövlət qurumlarından birində mütəxəssis kimi işləməsi barədə saxta vəsiqə hazırlayaraq karantin qaydalarını pozmağa çalışan rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Open.az-a verilən məlumata görə, Masallı rayonunun Yeni Zuvand kənd sakini Elvin Muradov xüsusi karantin rejiminin tələblərinə əsasən şəhər ərazisində saxlanılan zaman o, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin dövlət qurumunda mütəxəssis kimi işlədiyinə dair yazılar olan vəsiqəni polis əməkdaşlarına təqdim etdikdə isə vəsiqənin saxta olduğu müəyyən edilib.
Araşdırmalarla məlum olub ki, E. Muradov xüsusi karantin rejiminin qaydalarını pozmaq və rayon ərazisində sərbəst şəkildə hərəkət etmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mütəxəssis işləməsi barədə yazılar olan saxta vəsiqə hazırlayıb
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır
Xidmetler [newsid: 0-123300]

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU