Maşın bazarında durğunluq: Satıcılar "qan ağlayır"

Maşın bazarında durğunluq: Satıcılar Hər il Azərbaycana bir milyondan çox avtomobil idxal olunur. Rəsmi məlumata əsasən, 2023-cü ilin yanvar ayında ölkəmizə 102 milyon 620,56 min ABŞ dolları dəyərində 6881 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu avtomobillərin 933-ü hibrid, yəni daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 119-su yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Növbəti ayların idxal rəqəmlərində də xeyli artım qeydə alınıb.
Hazırda avtomobil bazarında vəziyyət necədir?
Yerli bazarlarda apardığımız müşahidələr göstərir ki, son günlər avtomobil satışında ciddi durğunluq yaranıb. Doğrudur, ötən illə müqayisədə qiymətlərdə artım var. Bahalaşma əsasən buraxlış ili 2010-cu ildən sonra olan nəqliyyat vasitələrində daha çox hiss olunur. Bununla belə alış-satış demək olar ki, dayanıb.
KONKRET.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Modern.az-a açıqlamasında bazarda qiymətlərin artdığını təsdiqləyib. O bildirib ki, nəqliyyat vasitələrinin idxalı ilə bağlı yeni qərardan sonra alıcıların sayı ciddi şəkildə azalıb.
"İyul ayında Azərbaycan avtomobil bazarında iyun ayı ilə müqayisədə fəallıq aşağı düşüb. Hazırda ikinci əl avtomobil bazarında durğunluq yaranıb. Məncə, bu, mövsümi xarakter daşıyır. Hər il yayın ikinci hissəsində belə olur. Aktivlik avqust-sentyabr ayında artmağa doğru gedir", – ekspert deyib.
O vurğulayıb ki, alıcılar daha çox mühərrik həcminə görə seçim edirlər. Üstünlük verilən avtomobillər mühərrik həcmi 2000 kub santimetr olanlardır:
"Bu gün avtomobil almaq istəyən vətəndaşın seçimi böyükdür. Çünki ölkəyə hər yerdən  avtomobillər idxal edilir. Ona görə seçim genişdir. Konkret hansısa markanın adın çəkə bilmərik. Amma deyə bilərik ki, ikinci əl avtomobil bazarında söhbət köhnə maşınlardan gedir,  mühərrik həcmi 1500-2000 kub santimetr olan avtomobillər daha populyardır. Mühərrik həcmi 3000 kub santimetr və daha yuxarı olan avtomobillər artıq  o qədər də tələb olunmur. Bu da ötən il ərzində Aİ-95 markalı benzinin qiymətinin yüksəlməsi və sığorta haqlarının artması ilə əlaqəli ola bilər. Çünki mühərrik həcmi yüksək olan avtomobillər sərfəli deyil. İndi alıcılar daha çox hibrid avtomobillərə maraq göstərirlər. Amma buna baxmayaraq,  bazarda benzin mühərrikli avtomobillər lider olaraq qalır".
Ekspert ötən illərlə müqayisədə bu il avtomobil alıcılarının sayının artığını qeyd edib:
"Ötən illərlə müqayisə etsək, bu ilin 7 ayı ərzində keçən illə müqayisədə  Azərbaycanda avtomobil alqı-satqısında  artım müşahidə edilir. Həmçinin ölkəyə idxal olunan avtomobillərin sayında da artım var. Bu da normal prosesdir. Çünki ölkədə iqtisadiyyat artırsa, əhali sayı çoxalırsa, nəqliyyat vasitələrinə tələb artır. Lakin hazırda bazarda durğunluq yaranıb. Bu da mövsümlə əlaqədardır".

Sosial       Tarix: 31 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu son xəbərlər azərbaycanda valyuta mezenesi