Maşın kanala düşdü, bir ailənin 4 üzvü yaralandı - FOTO
Kürdəmirdə avtomobil su kanalına düşüb, bir ailənin 4 üzvü xəsarət alıb.
KONKRET.azxəbər verir ki, hadisə bu gün saat 5 radələrində Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib. Belə ki, sürücü Kürdəmir rayonunun Atakişili kənd sakini 33 yaşlı Sərxan Cəlal oğlu Kərimov "Nissan" markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb.
Hadisə zamanı sürücü Sərxan Kərimov və onun sərnişinləri 25 yaşlı Samirə Elxan qızı Kərimova, 2 yaşlı Aylin Sərxan qızı Kərimli və 1 yaşlı Cəlil Sərxan oğlu Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

AzərTAc
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"