Maşınla parka girib avtoxuliqanlıq edən şəxs SAXLANILDI
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozan 20 yaşlı Bürhan Əsədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, o, insanların istirahət etdiyi Mingəçevir şəhərində yerləşən "Dostluq" parkına nəqliyyat vasitəsi ilə daxil olaraq ictimai qaydanı nümayişkəranə şəkildə pozub və şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərək bu əməlini sosial şəbəkədə paylaşıb.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Əsədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs edilib.
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi