Maskın anası Zukerberqlə başqa cür döyüşməyi təklif etdi: "Daha gülməli olan qalib gələcək" - FOTO
Maskın anası Zukerberqlə başqa cür döyüşməyi təklif etdi: "Daha gülməli olan qalib gələcək" - FOTO
"Twitter"in sahibi İlon Maskın anası Mey Mask onun "Meta" şirkətinin rəhbəri Mark Zukerberqlə döyüşünü "ləğv edib".
Mey Mask bu barədə "Twitter" hesabında paylaşım edib.
"Əslində mən döyüşü ləğv etdim. Mən hələ onlara deməmişəm. Amma hər ehtimala qarşı döyüşün ləğv olunduğunu deməyə davam edəcəyəm...", - deyə o paylaşımda qeyd edib.
Mey Mask yalnız sözlə duel təklif edib: "Daha gülməli olan qalib gələcək".
Xatırladaq ki, ötən gün Zukerberq Maskın qaydasız döyüş təklifini qəbul edərək ondan ünvan istəyib. Mask isə UFC döyüşlərinin keçirildiyi Veqas Oktaqonunu işarə edib.
İş adamları arasında atışmaya səbəb "Meta"nın "Twitter"ə rəqib layihə - "Threads" tətbiqi üzərində işləməsi ilə bağlı xəbərlər olub. Mask bildirib ki, belə bir platformanın işə salınması bəşəriyyəti tam olaraq Zukerberqin "ayaqqabısının altına" atacaq.
"Twitter" istifadəçiləri milyarderə xəbərdarlıq ediblər ki, Zukerberq ciu-citsu ilə məşğul olur. Mask isə "qəfəs döyüşü"nə hazır olduğunu deyib.


Mənbə: "RBC Life" / oxu.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var