"McDonalds Azərbaycan" cərimələndi

"McDonalds Azərbaycan" cərimələndiAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan Open.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 30 mart 2021-ci il tarixində ölkə üzrə 457 ictimai iaşə obyektində 768 monitorinq keçirilib.
Monitorinqlər zamanı 27 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, ev 69d ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanlı Səməndər Habil oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 5 (Keşlə bazarına gedən yolun sağında) ünvanında yerləşən, fiziki şəxs Mirturabov Müşfiq Rəfael oğluna məxsus "Sərin" restoranı;
3. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 20A, mənzil 22 ünvanında yerləşən, fiziki şəxs Mirzəcanova Günay Mirbağır qızına məxsus kafe;
4. Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən, fiziki şəxs Mustafayev Nizami Ərşad oğluna məxsus kafe;
5. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən, fiziki şəxs Abbasov Şahin Vəliyulla oğluna məxsus dönər evi;
6. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən, fiziki şəxs Allahverdiyev Nəsimi Eldar oğluna məxsus restoran;
7. Bakı şəhəri, Suraxanı rayonu, İlqar Əhlimanov küçəsində yerləşən, fiziki şəxs Əliyev Elşən Aydın oğluna məxsus kafe;
8. Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində yerləşən,‎ fiziki şəxs Şəfiyeva Qonça Əşrəf qızına məxsus dönər evi;
9. Bakı şəhəri, Binəqədi ‎rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən, fiziki şəxs Quliyeva Günay Tahir qızına məxsus kafe;
10. Bakı şəhəri, Nizami ‎rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən, hüquqi şəxs "Xudafərin-54" firmasına məxsus restoran;
11. Bakı şəhəri, Nizami ‎rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən, fiziki şəxs İsmayılov Elfaq Mirəli oğluna məxsus "Troya" çay evi;
12. Bakı şəhəri, Nizami ‎rayonunda yerləşən, fiziki şəxs Ağayev Rusif Aydın oğluna məxsus "Neon" restoranı;
13. Bakı şəhəri, Nizami ‎rayonu, Şərifli küçəsi, ev 2524, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Şərifov Vüsal Asif oğluna məxsus çay evi;
14. Bakı şəhəri, Nəsimi ‎rayonu, Asif Məhərrəmov küçəsi 35A ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Mehmana məxsus "Mamei" kafesi;
15. Bakı şəhəri, Yasamal ‎rayonu, Şərifzadə küçəsi 174 ünvanında yerləşən, fiziki şəxs Tağıyeva Nurlana Fəxrəddin qızına məxsus "Kolorit" kafesi;
16. Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi 55‎ ünvanında yerləşən, fiziki şəxs Qulaməliyev Emin Gündüz oğluna məxsus kafe;
17. Bakı şəhəri, Nərimanov ‎rayonu, Xoyski prospektində yerləşən, hüquqi şəxs "McDonald`s Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə məxsus restoran;
18. Bakı şəhəri, Yasamal ‎rayonu, B. Səfəroğlu küçəsində yerləşən, fiziki şəxs Məmmədov Ağaxan İxtiyar oğluna məxsus "Samovar" restoranı;
19. Bakı şəhəri, Yasamal ‎rayonu, Zahid Xəlilov küçəsi, ev 43 ünvaninda yerləşən, fiziki şəxs Nəsibov Yunis Sərdar oğluna məxsus "Trio Pub" kafesi;
20. Bakı şəhəri, Yasamal ‎rayonu, Həsən bəy Zərdabi prospekti, ev 70 ünvanında yerləşən, fiziki şəxs Zakirli Zaur Zakir oğluna məxsus "Karona" kafesi;
21. Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" yaşayış kompleksi ünvanında yerləşən, fiziki şəxs Rəsulov Məmməd Seyfulla oğluna məxsus "Aristokrat" çay evi;
22. Bakı şəhəri, Kral Hüseyn küçəsi 52 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Emil İsmayıl oğluna məxsus "Nine Hotel" mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
23. İmişli şəhəri, M. Əzizbəyov küçəsində yerləşən, fiziki şəxs Abbaslı Rüfət Loğman oğluna məxsus kafe;
24. İmişli şəhəri, pambıq zavodu ərazisində yerləşən, fiziki şəxs Əliyev Bəhruz Süleyman oğluna məxsus kafe;
25. İsmayıllı rayonu, Topçu kəndində yerləşən, fiziki şəxs Cəbiyev Vasif Oktay oğluna məxsus çay evi;
26. Qazax rayonu, Nəriman Nərimanov qəsəbəsində yerləşən, fiziki şəxs Sanıyev Xəyyam Əsəd oğluna məxsus kafe;
27. Gəncə şəhəri, Şah İsmayıl Xətai ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Əliyev Vüsal Mətləb oğluna məxsus çay evi;
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Hadisə       Tarix: 01 aprel 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabar son xabarlar cəbhədən son görüntülər cəbhədən görüntülər