"McDonald's Azərbaycan" "Xoş anlarla birlikdə" adlı xeyriyyə aksiyası keçirir - FOTO
Noyabrın 1-dən 20-dək bütün "McDonalds Azərbaycan" restoranlarında "Xoş anlarla birlikdə" adlı xeyriyyə aksiyası keçirilir.
Aksiyanın simvolu ən yaxşı insani keyfiyyətləri – mərhəməti, xeyirxahlığı, səmimiliyi və mehribanlığı təcəssüm etdirən ürək formalı stiker olacaq. "McDonalds Azərbaycan"ın hər bir qonağı ürək stikeri alıb, üzərinə öz adını yazıb restoranının divarına yapışdıra bilər.
Aksiyanın son günündə (noyabrın 20-də) xüsusi stikerlərin və kartofların satışından əldə olunan gəlir "Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyinin mərkəzi üçün reabilitasiya avadanlıqlarının alınmasına yönəldiləcək.
"McDonalds Azərbaycan" "balacaların böyük problemləri olmamalıdır!" prinsipini rəhbər tutur. Korporativ sosial məsuliyyətə böyük önəm verən şirkət xeyriyyə tədbirlərinin keçirilməsinə xüsusi diqqət yetirir.
Biz birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatını yaxşılaşdıra bilərik!



/ azxeber.com

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu