"McDonald's" bu adla yenidən Rusiyaya qayıtdı - FOTO
İyunun 12-si Moskvada Amerikanın "McDonald"s" şəbəkəsinin yenilənmiş ilk restoranı açılıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin baş direktoru Oleq Paroev mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, restoran indi "Dadlıdır və nöqtə" ("Вкусно и точка") adlanır.
Sözügedən restoran tarixi məkanda, yəni Puşkin meydanında açılıb. Belə ki, 1990-cı illərdə ilk "McDonald"s" restoranı məhz burada açılıb.
Paroev qeyd edib ki, hər həftə 50-100 restoranın işinin bərpa olunması planlaşdırılır.
Restoranın menyusu bir-iki dəyişiklik edilməklə saxlanılıb.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı hərbi əməliyyata başladıqdan sonra bir neçə xarici şirkət kimi, "McDonalds" da mart ayının əvvəlində Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağladığını bəyan etmişdi. Burada söhbət şirkətin Rusiyada fəaliyyət göstərən ümumilikdə 850 restoranından gedir. Bir müddət əvvəl isə "McDonald"s" şirkətinin restoranlarının iyun ayının ortalarında Rusiyada yeni brend adı altında yenidən açılacağı barədə məlumat yayılıb.//Qafqazinfo






Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?