"McDonalds"ın restoranında nöqsan aşkarlanıb

"McDonalds"ın restoranında nöqsan aşkarlanıbAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Open.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 269 ictimai iaşə obyektində 472 monitorinq keçirilib.
Monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Sumqayıt şəhəri, 20 Yanvar küçəsi 65 ünvanında yerləşən, fiziki şəxs Bağırov Murad Tofiq oğluna məxsus "Bibər Pizza" restoranı;
2. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Abbasov Fazil Həşim oğluna məxsus "Ayanz" restoranı;
3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsində yerləşən, fiziki şəxs Muxtarova Sonaya məxsus "Faxralı" restoranı;
4. Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən, fiziki şəxs Yusifli Orxan Sərdar oğluna məxsus "Kvadrat Bar" restoranı;
5. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2, Xavər Vəliyev küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Kamal Vaqif oğluna məxsus kafe;
6. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə, ev 2 ünvanında yerləşən, fiziki şəxs Əzimov Samir Səttar oğluna məxsus kafe;
7. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Xavər Vəliyev küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Əlizadə İsmayıl Ağadadaş oğluna məxsus çay evi;
8. Bakı şəhəri, Səbail rayonu, Ə. Əliyev küçəsi, ev 11 ünvanında yerləşən, fiziki şəxs Əliyev Cavid Cabir oğluna məxsus kafe;
9. Bakı şəhəri, Səbail rayonu, Rzayeva küçəsi, ev 13m ünvanında yerləşən, fiziki şəxs Qafarov Emin Murad oğluna məxsus "Nest" restoranı;
10. Bakı şəhəri, Yasamal rayonu‎, Zahid Xəlilov ilə Şəhriyar küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Novruzova Sürəyya Tufan qızına məxsus "Avalon" kafesi;
11. Bakı şəhəri, Yasamal rayonu‎, Şəhriyar küçəsi 28B ünvanında yerləşən, fiziki şəxs Məsimov Müslüm Polad oğluna məxsus "Daş dövrü" restoranı;
12. Bakı şəhəri, Nərimanov ‎rayonu, Təbriz küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Fərzəliyev Səxavət Şahlar oğluna məxsus kafe;
13. Bakı şəhəri, Nəsimi ‎rayonu, Behbudov küçəsi 26M ünvanında yerləşən, fiziki şəxs Abbasov Elgün Əvəz oğluna məxsus "Köz" kafesi;
14. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 59B ünvanında yerləşən, hüquqi şəxs "McDonald`s Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə məxsus restoran;
15. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 74H‎ ünvanında yerləşən, fiziki şəxs Eyvazova Səbinə Ədalət oğluna məxsus kafe;
16. Gəncə şəhəri, Nərimanov 438C ünvanında yerləşən, fiziki şəxs Abbasov Tural Etibar oğluna məxsus "Boçka" kafesi;
17. Salyan rayonu, Ələt-Astara şossesində yerləşən, fiziki şəxs Mustafayev Elvin Mail oğluna məxsus restoran;
18. İsmayıllı rayonu, Bizlan kəndində yerləşən, fiziki şəxs Məhərrəmov Pərviz Xamis oğluna məxsus "Qədim Basqal" kafesi;
19. İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən, fiziki şəxs Haşımlı Könül Əli qızına məxsus "Cənnət Bağı" restoranı;
20. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi 4/6 ünvanında yerləşən, hüquqi şəxs "New Bakı Hotel" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "The Merchant" mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Hadisə       Tarix: 24 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Ceyranbatanda 10 şagird zəhərləndi

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur. Hazırda məktəb ərazisinə təcili yardım briqadas

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonr

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər cəbhədən ən son xəbər en son xeber bugünkü son xəbərlər