Məcnun Məmmədov: 'Əsas hədəfimiz təbii ehtiyatlardan istifadə etməklə iqtisadiyyatı şaxələndirməkdir

Məcnun Məmmədov: 'Əsas hədəfimiz təbii ehtiyatlardan istifadə etməklə iqtisadiyyatı şaxələndirməkdirAzərbaycan sürətli iqtisadi inkişafına görə regionun lider ölkəsidir. Əsas hədəfimiz malik olduğumuz təbii ehtiyatlardan istifadə etməklə iqtisadiyyatı şaxələndirməkdir.
azxeber.com Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə Bakıda keçirilən tədbir zamanı deyib.
Nazir qeyd edib ki, ilk növbədə kənd təsərrüfatının inkişafına diqqət yetirilir.
"Biz aqro-ərzaq sistemlərimizin davamlı transformasiyasına nail olmaq üçün böyük səylər göstəririk. Yaşıl bərpa, rəqəmsallaşma və innovativ həllər davamlı milli aqro-ərzaq sisteminin qurulması üçün gündəliyimizdəki əsas prinsiplərdir.
Ətraflı
Heyvanların yetişdirilməsi, o cümlədən sağlamlığın qorunması gündəmimizdə prioritet olaraq qalır. Dövlət damazlıq məqsədləri üçün xaricdən gətirilən heyvanların ümumi həcminin 60 faizini subsidiya edir. Bundan əlavə, Süni Mayalanma Mərkəzimizdə bu yaxınlarda başlayan embrion transferi layihəsi heyvandarlığın artırılması məqsədinə çatmaq məqsədi daşıyırdı", - deyə nazir əlavə edib.
Heyvanların peyvəndlənməsindən bəhs edən nazir illik hazırlanan tədbirlər planına uyğun olaraq ölkədə zoonoz xəstəliklərin qarşısının alınması və onların sağlamlığının qorunması məqsədilə heyvanların peyvənd olunduğunu qeyd edib.
"Təbii ki, düzgün qurulmuş baytarlıq xidmətləri olmadan heyvanların rifahına nail olmaq mümkün deyil. Bu baxımdan, hökumətin son islahatına əsasən, Azərbaycanda baytarlıq xidmətləri özəlləşdirilib və bu proses özəl müqavilələr əsasında təşkil olunub. Bundan əlavə, dövlət dəstəyi sərmayələrimizin əsas hissəsi fermerləri müasir və innovativ əkinçilik texnologiyalarından istifadə etməyə həvəsləndirməyə yönəldilir",- deyə M.Məmmədov bildirib.

İqtisadiyyat       Tarix: 25 aprel 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər sou xeberler bugun bu gunun xeberleri cəbhədən son dəqiqə