Mədə nevrozu nədir? – Səbəbi, əlamətləri
İndi bir çox insanlara diaqnoz olunan mədə nevrozu əslində ağlabatan diaqnoz kimi görünmür. Axı mədənin hissiyatı, beynimi var ki, nevroz da olsun.
Hazırda digər mədə xəstəlikləri ilə qarışdırılan, çox rast gəlinən və köp, mədə üçün olan dərmanlarlar müalicə olunmayan mədə nevrozu nevroloji problemdir və nevroloqların sahəsibə daxildir.
Milli.Az medicina.az-a istinadən mədə nevrozunun səbəb və əlamətlərini təqdim edir.
Mədə nevrozu dediyimiz kimi sıradan və mürəkkəb mədənin fizioloji xəstəlikləri ilə bənzərdir.
Əlamətləri:
-Epiqastral nahiyədə və qarında gəzən ağrı
-Mədədə ağırlıq hissi
-Köp,gəyirmə,turşulu hıçqırma
-Sanki yanğı hissinin olması
-Döş sümüyünün arxasında diskomfort, sıxıntının olması
-Qəbizlik və ya ishalın olması
- Gecələr bu şikayətləri artması nəticəsində yuxusuzluq;
Sağlam adamda bu şikayətlər olmamalıdır. "Mədə nevrozu" dedikdə,"mədənin diskinetik tipli funksional dispepsiyası"nəzərdə tutulur.Bu xəstəlik stress, psixi -emosional gərginlik,əqli yorğunluq, uzun müddət düzgün qidalanmama nəticəsində inkişaf edir. Xəstə tünd çay,kofe qəbulu,siqaret çəkdikdən sonra kəskinləşə bilər
MÜALİCƏSİ
Mədə nevrozu müalicəyə yaxşı tabe olur. İlk növbədə sinir sisteminin tipi müəyyən edilir. Fiziki və emosional gərginlik minimuma endirilir, pəhriz təyin olunur.Gündəlik pəhriz yeməklərinə pendir, kişmiş və quru meyvələr əlavə olunur: bu,sinir sisteminə müsbət təsir edir. Mədə nevrozunun terapiyasında dərman preparatları ilə yanaşı müalicəvi dərman bitkilərinin(nanə,çobanyastığı,və s.) dəmləmələrindən də geniş istifadə olunur.
Müalicəni qastroenteroloq və nevroloq birgə aparır. Daha çox kişilərdə rast gəlinən bu problem hazırda gənclər arasında da yayılıb
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ