Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Vyetnam Dövlət Televiziyasının ingilisdilli "Vietnam Today" platformasında "Vyetnam və Azərbaycan əməkdaşlığı gücləndirir" ("Viet Nam and Azerbaijan strengthen cooperation") adlı material yayımlanıb.
KONKRET.azapa-ya istinadən xəbər verir ki, materialda Vyetnamın Baş naziri Le Minh Hınq və Milli Assambleyasının sədri Çan Tan Manın noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə Hanoyda keçirdikləri ayrı-ayrı görüşlər işıqlandırılıb.
Baş nazir Le Minh Hınq görüş zamanı ölkəsinin Azərbaycanla ənənəvi dostluq münasibətlərinə və strateji tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyib. O, yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrası istiqamətində irəliləyiş olduğunu vurğulayıb.
Tərəflər ticarət və investisiyaların artırılması, sənaye, kənd təsərrüfatı, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də Mərkəzi Asiya və Transxəzər dəhlizi vasitəsilə dəmir yolu əlaqələrinin yaxşılaşdırılması barədə razılığa gəliblər. Həmçinin, qida təhlükəsizliyi və karantin sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Prezident İlham Əliyev Vyetnamı Cənub-Şərqi Asiyada mühüm tərəfdaş kimi xarakterizə edib və enerji, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.
Süjetdə Vyetnam Milli Assambleyasının sədri Çan Tan Manın Azərbaycan Prezidenti ilə görüşünə də yer verilib. Çan Tan Man iki ölkənin qanunverici orqanları arasında əlaqələrin nümayəndə heyətlərinin mübadiləsi, qanunvericilik təcrübəsinin bölüşülməsi və çoxtərəfli parlament platformalarında koordinasiyanın gücləndirilməsi yolu ilə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
O, Vyetnamın Azərbaycanın ASEAN və ASEAN Parlamentlərarası Assambleyası (AIPA) ilə əlaqələrinin gücləndirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Prezident İlham Əliyev parlamentlərarası əməkdaşlığı müsbət qiymətləndirib, turizmin inkişafı məqsədilə viza rejiminin sadələşdirilməsi və iki ölkənin paytaxtları arasında birbaşa uçuşların açılması imkanlarının nəzərdən keçirilməsini təklif edib.
Tərəflər siyasi etimadın möhkəmləndirilməsi, ticarət, investisiya, enerji, neft-qaz və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 19–21-də Vyetnamda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Tərəflər 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunması barədə də razılığa gəliblər.

Azərbaycanda palçıq vulkanı püskürdü
ARB TV-dən Elgiz Əkbərlə bağlı - AÇIQLAMA
Bakıda yanan avtomobil yolda qaldı: Sürücü maşını kənara çəkməkdən imtina etdi
Azərbaycan və Özbəkistan parlamentləri arasında 'Yol xəritəsi' imzalanıb - Yenilənib
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: Özcan Deniz və digərlərinin ifadələri alındı
Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
"Sabah" - "Barselona" matçının ən yaxşısı odur
Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza
Prezidentdən xarici ölkələrə ixracla bağlı - Fərman
Mbappe əfsanəvi Ronaldonu geridə qoydu
Trampla Putinin görüşündən sonra onlarla danışıb
Xaçmazda evdən meyit tapıldı
Misirdə yanacaq daşıyan maşın partladı - 20-dən çox insan həlak oldu