Medinskinin "Qarabağ"la bağlı sözlərinə Moskva belə REAKSİYA VERDİ
Rusiya Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanıyır və Putinin müşaviri Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa çağırır.
KONKRET.az xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Mövcud olmayan tezisləri kontekstdən çıxarıb sözləri dəyişməyə, onlara tamam başqa məna verməyə ehtiyac yoxdur", – diplomat qeyd edib.
O, Rusiyanın Qarabağı rəsmi olaraq Azərbaycanın ərazisi kimi tanıdığını vurğulayıb.
Zaxarovanın sözlərinə görə, Medinski Qarabağla bağlı şərhində vəziyyətin tarixi aspektindən və sosial-mədəni xüsusiyyətlərindən danışıb.
Xatırladaq ki, Vladimir Medinski RT-yə müsahibəsində "Ermənistanla Azərbaycan arasında mübahisəli bölgə – Qarabağ var idi" demişdi. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi ona öz yurisdiksiyasına aid olmayan yalan bəyanatlar verməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO