Medvedçukun Rusiyaya təhvil verilməsinin təfərrüatları MƏLUM OLDU

Medvedçukun Rusiyaya təhvil verilməsinin təfərrüatları MƏLUM OLDU"Azov" batalyonunun beş komandiri ilə ukraynalı siyasətçi Viktor Medvedçukun əsir mübadiləsi çərçivəsində köçürülməsi sentyabrda Ankara hava limanında baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə "Hürriyyet" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, mübadilənin təşəbbüskarı Rusiya olub.
Qəzetin yazdığına görə, mübadilə danışıqları Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) Ankaradakı baş qərargahında aparılıb.
Nəşrin həmsöhbətləri bildiriblər ki, Rusiya tərəfi "Azov" komandirlərinin Türkiyədə qalması şərtini irəli sürüb və Ukrayna bunu qəbul edib. Mübadilə günü Rusiya və Ukraynadan gələn təyyarələr Ankaranın Esenboğa hava limanına enib. Medvedçuk Ukrayna təyyarəsində olub, "Azov" komandirləri isə Rusiya təyyarəsində gətirilib. Enişdən sonra Ukrayna nümayəndələri türk kəşfiyyatçılarının iştirakı ilə Rusiya təyyarəsinə, ruslar isə Ukrayna təyyarəsinə miniblər.
Qəzet qeyd edib ki, mübadilə problemsiz baş tutub.
Xatırladaq ki, 2021-ci aprelin 12-də UTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində V.Medvedçuk saxlanılıb. O, dövlətə xəyanət və işğal altındakı Krımın milli sərvətlərinin talanmasına cəhddə, oktyabr ayından isə kömür alqı-satqısı sxemləri ilə terror təşkilatının fəaliyyətinə yardım etməkdə şübhəli bilinib. Daha sonra V.Medvedçukun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ukrayna Prezidenti Volodimir Zelenski geri qaytarılan "Azov" komandirlərinin silahlı münaqişə bitənə qədər Türkiyədə qalacaqlarını bildirib.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 04 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler metbuat xeber saytlari bugünki xəbərlər