Məhbusların məzuniyyətə buraxılması qaydası açıqlandı

Məhbusların məzuniyyətə buraxılması qaydası açıqlandıAzərbaycanda qanunçuluq, demokratiya və humanizm prinsiplərinə, dünya təcrübəsinə əsaslanan ədliyyə sisteminin yaradılması istiqamətində aparılan islahatlar davam edir. Cəza-icra siyasəti humanistləşdirilərək məhkumların və təqsirləndirilən şəxslərin hüquq və imtiyazları genişləndirilir. Onların saxlanma şəraiti, qida, tibbi və digər təminatları yaxşılaşdırılır. Məhkumların əvvəllər də cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara çıxma praktikası olub. Hazırda isə mövcud qanunun daha da geniş formada tətbiq edilməsinə başlanılıb. Belə ki, ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkən və ilk dəfə az ağır, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunan, müsbət xarakterizə edilən, əməyə cəlb olunan məhkumların cəzalarının ən azı 1/3 hissəsini çəkdiyi təqdirdə 7 günədək ailə üzvlərinin yaşadığı ünvana, yəni məzuniyyətə buraxıla bilər.
azxeber.com xəbər verir ki, bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namik Həsənov Azərtac-a açıqlamasında deyib.
O, məhkumların məzuniyyətə buraxılması praktikası haqqında danışıb:
"Məhkumların cəzaçəkmə müəssisələrindən kənara çıxması ilk deyil. Belə ki, müsbət davranışlı azyaşlıların həvəsləndirmə qaydasında ölkə ərazisində keçirilən mədəni-kütləvi, idman tədbirlərində iştirakını, eyni zamanda, şəhər gəzintisinə çıxarılmalarını təmin etmək məqsədilə onlar müəssisə hüdudlarından çıxıblar. Həmçinin az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olan məhbuslar qohumluq borclarını yerinə yetirməsi ilə əlaqədar ailə üzvlərinin dəfn və yas məclislərində iştirak etmələri üçün müəssisə hüdudlarından kənara buraxılıblar. Hazırda isə bu qanun daha geniş formada tətbiq edilir. Məzuniyyət səfərlərinə yalnız ölkə ərazisi hüdudlarında icazə verilir. Bu zaman yola sərf olunan iki gün nəzərə alınmır".
Namik Həsənov məhkumların və təqsirləndirilən şəxslərin hüquq və imtiyazlarının genişləndirilməsi, saxlanma şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu cür islahatların gələcəkdə də davam edəcəyini diqqətə çatdırıb.

Sosial       Tarix: 01 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı xeber.az son xeberler krimnal bugun son.xabar