Məhərrəm ayında ən aktual sual yenidən gündəmdə: 'Ermənilər belə bu ay toy etmirdilər

Məhərrəm ayında ən aktual sual yenidən gündəmdə: 'Ermənilər belə bu ay toy etmirdilərXəbər verdiyimiz kimi miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. İyulun 28-də isə Aşura günüdür. Təqvimə görə, Məhərrəm ayı avqustun 17-də başa çatacaq.
Hər il Məhərrəm ayının başlaması ilə Azərbaycanda ənənəvi olaraq ən aktual mövzu müzakirə edilməyə başlanılır: Bu ayda toy etmək olar yoxsa, toy etmək günahdır?
Cəmiyyətdə bu mövzu ətrafında hər zaman mübahisəli fikirlər səsləndirilib. Maraqlı olan məqam isə, son illər bu ayda şənlik edənlərin sayında ciddi artımın olmasıdır. 
Mövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Aqil Abbas Məhərrəm ayında toy etməyin doğru olmadığını düşünür:
Məhərrəm ayında ən aktual sual yenidən gündəmdə: 'Ermənilər belə bu ay toy etmirdilər"Kim bu ənənəyə hörmət etmək istəmirsə, özü bilər, öz işidir. Ancaq mən  1970-ci ildən Bakı şəhərindəyəm. Məhərrəm ayında nəinki azərbaycanlılar, Bakıda yaşanan ermənilər, ruslar, yahudilər də toy etmirdi. Qeyri-millətlər belə həmin aya hörmətlə yanaşırdılar. Şənlik etmirdilər ki, qonşumuzda yasdı. Onlar belə bu adətə, Kərbəla müsibətinə hörmət ediblər".
azxeber.com-a danışan digər həmsöhbətimiz İlahiyatçı  Hacı Təyyar Hüseynli bildirib ki, Azərbaycan xalqının bu aya olan münasibəti bəllidir:
Məhərrəm ayında ən aktual sual yenidən gündəmdə: 'Ermənilər belə bu ay toy etmirdilər"Uzun illərdir xalqımız Məhərrəm ayına xüsusi həssaslıqla yanaşıb. Əzəldən toy, şənlik etməyərək bu aya diqqət nümayiş etdiriblər. Bu dini dəyərlərə hörmətdən yanaşı, həm də ata-babalara, tarixi keçmişimizə  sayğıdan qaynaqlanıb. Aparılan müzakirələrdəki toy etmək olarmı, yoxsa yox bu şəxsi yanaşma məsələsidir. Bizim millət olaraq matəm günlərimiz var. Məhz həmin gündə şənlik keçirənlər cəmiyyətdə qınaq obyektinə çevrilir. Biz necə 20 Yanvar, Xocalı faciəsini qan yaddaşımızdan silə bilərik? Məhərrəm ayında da islam peyğəmbərinin ailə üzvlərinə divan tutulub. Kərbəla hadisəsi uzun illər Azərbaycan klassiklərinin, dünya mütəfəkkirlərinin əsərlərində yer alıb".
Hacı Təyyarın sözlərinə görə, bu ayda toy etməyi təbliğ edən şəxslərə cəmiyyət öz layiqli cavabını çoxdan verib:
"Kimlərsə, Məhərrəm ayında toy etməliyik tendensiyasını formalaşdırmağa çalışır. Qeyd etdiyim kimi, bu şəxsi yanaşma məsələsidir. Ancaq İslam üçün mənəvi sualdır ki, sən peyğəmbərin ailə üzvünə qarşı baş verən faciədən xəbərsiz idinmi? Bəzi İslam alimlərinin ümumi rəyi var ki, Aşura günü istisna olmaqla, Məhərrəm ayında şənlik etmək olar. Amma məncə, bir ay dözməklə heç kim heç nə itirmir".
Şəbnəm Zahir
Yazı Medianın İnkişafı Agentliyinin "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Məhərrəm ayında ən aktual sual yenidən gündəmdə: 'Ermənilər belə bu ay toy etmirdilər

Siyasi       Tarix: 24 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber az meherremlik 2026 sou xeberler bugun son xeberler az