Məhkəmə kafe sahibini bıçaqlayan şəxslərlə bağlı qərar çıxardı

Məhkəmə kafe sahibini bıçaqlayan şəxslərlə bağlı qərar çıxardıŞirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Bəşirov, Ömər Kərimov və Həsən Bəhmənovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.azpravda.az-a istinadən xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2024-cü il tarixdə saat 20 radələrində Beyləqan şəhərinin 20 Yanvar küçəsində yerləşən, zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) icarə əsasında işlətdiyi "Xan çinarı" kafesinin həyətində baş verib.
Belə ki, həmin gün Əkbər Bəşirov ilə S.S arasında mübahisə yaranıb. O, tanışları Ömər Kərimov və Həsən Bəhmənovla birləşərək qrup halında hərəkət edib.
İstintaqın gəldiyi qənaətə əsasən, kafenin həyətində heç bir əsaslı səbəb olmadan ətrafdakı şəxslərə qarşı açıq hörmətsizlik nümayiş etdiriblər. Təqsirləndirilən şəxslər səs-küy saldıqları, yüksək səslə nalayiq ifadələr işlədərək S.S., zərərçəkmiş R.R. (adı, soyadı şərtidir) və digər şəxsləri təhqir ediblər.
Mübahisə zamanı Əkbər Bəşirov, Ömər Kərimov və Həsən Bəhmənov zərərçəkmiş S.S.-in üzərinə hücum edərək ona qarşı zor tətbiq ediblər.
Bu zaman Əkbər Bəşirov istintaqla müəyyən edilməyən bıçaqdan silah qismində istifadə edərək və S.S.-in sağ said nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsin sağ said nahiyəsində çərtik xarakterli bədən xəsarəti yaranıb.
Hadisədən sonra hər üç saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə onlara 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Hadisə       Tarix: 12 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Əliyevin qardaşı

Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb. APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-21012" markalı minik avtomobili yolu keçmə

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax magistralında avtomobil piyadanı vuraraq ağır xəsarətlər yetirib. xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 11-ci kilometrliyində Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobil

Bakıda qətl törədildi

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. xəbər verir ki, hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu F.Qəmbərov küçəsində qeydə alınıb. Cəbrayıl rayon sakini əvvəllər məhkum olunmuş 2003-cü il təvəllüdl

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto

Masazır-Novxanı yolunun Masazır qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına  görə, hadisə zamanı "KIA" markalı minik avtomobili motosikletlə toqquşub. Qəza nəticəsində motosikletd

Mərdəkanda üç nəfər kafe sahibini döydü, pilləkəni sındırdı - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əsgər Muradov, Malik Həsənov və Qafur Yusifovun (hər üç şəxsin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb

Bakıda iti binanın pəncərəsindən atan şəxs həbs edildi

Bakıda heyvanla rəhmsiz rəftar edən şəxs saxlanılıb. apa-ya istinadən xəbər verir ki, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs barəsində inzibati qaydada tədbi

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə yol qəzası baş verib. APA-ya istinadən bildirir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1995-ci il təvəllüdlü T. Cəfərov, 1995-ci i

52 yaşlı piyadanı maşın vurub öldürdü

Bakı-Qazax yolunda avtomobilin vurduğu 52 yaşlı piyada vəfat edib. KONKRET.azxəbər verir ki, hadisə magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Hacıqabul sakini, 1974-cü il təvəllüdl


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan xeber.az son xeberler ən son xəbərlər bugün xeberler bugun