Məhkəmə narkotik satan sabiq polis mayorunu azadlığa buraxdı
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən sabiq polis mayoru Tural Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən T.Mahmudov 1 il 4 ay 18 gün müddətinə (azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri ləğv edilərək barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilərək məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs əvvəllər rayon polis şöbələrindən birində narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili kimi çalışıb. 2018-ci ildə isə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric edilib.
O, 25 may 2021-ci ildə məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxladığı şəxsi istehlak miqdarından artıq qram psixotrop maddə metamfetamini üçüncü ünvana daşıyarkən Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
T.Mahmudov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə cinayət işi başlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Xidmetler [newsid: 0-123300]

Pərviz Şahbazova ağır itki
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
"Bank Respublika" və OPEC Fund arasında saziş imzalandı - Foto
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Prezidentdən Naxçıvanla bağlı FƏRMAN
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
Putin narahatdır, Gerasimov prezidenti aldadır
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
Bakıda qadın evinin həyətində ölü tapıldı
"Qurani-Kərim"lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı