Məhməd Aydın niyə indi təslim oldu?
Türkiyədə qırmızı bülletenlə axtarışda olan "Çiftlik Bank"ın qurucusu Məhməd Aydının Türkiyə hüquq-mühafizə orqanlarına təslim olmaq qərarı "niyə indi?" sualına səbəb olub.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, "Hürriyyət" qəzetinin yazarı Musa Kesler M.Aydının bu qərarının arxasında üç ehtimalın olduğu bildirilib.
"Birinci ehtimal: Pulları bitib. Həm gizlənmək, həm də alışdığı lüks həyatı davam etdirmək üçün çox pul xərcləməli oldu və bir müddət sonra bu yükü daşıya bilmədi.
İkinci ehtimal: Qaçaqkən yardım aldığı mafiya qruplarının basqısı onu "boğub". Aydın yaxalanmamaq üçün mafiyaya bənzər qruplardan dəstək alırdı. Bu qruplar bir tərəfdən onun gizlənməsinə kömək edərkən, digər tərəfdən də onu təqib edəcək mafiya qruplarından qoruyurdular.
Üçüncü ehtimal: Bitkoin investisiyasından qazandıqları ilə zərərçəkmişlərin pulunu ödəyə bilər. 18 mart 2018-ci ildə xaricə gedəndə bir bitkoin 6000 dollar idi. Aydın milyonlarla dolları xaricə qaçırıb bitkoinə yatırım edibsə, indi əlində qaçırdığı puldan dəfələrlə çoxu var", - deyə yazar bildirib.
Qeyd edək ki, M.Aydın Braziliyadan Türkiyəyə gətirilib.

Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Milli Məclis Prezident və xanımını təbrik etdi
Məşhurlar DÇ-2026 oyununda
Leysan və dolu Ankarada subasmaya səbəb olub
DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Qızıl bahalaşdı
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib
Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi
Hidayət Orucov vəfat etdi
Ceyhun Bayramov ABŞ rəsmisi ilə TRIPP-i müzakirə etdi
"Barselona" ona elçi düşdü - 50 milyon ödəməyə hazırdır
DÇ-2026: Türkiyə ilk sınağına çıxır