Mehriban Əliyeva tapşırıqlar verdi - FOTOLAR
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasında olublar.
KONKRET.az xəbər verir ki, Birinci vitse-prezidentə bağçanın mövcud vəziyyəti ilə bağlı məlumat verilib.
Qeyd edilib ki, bu məktəbəqədər təhsil müəssisəsi 1967-ci ildə inşa olunub. 120 yerlik uşaq bağçasında faktiki 70 uşağın təlim-tərbiyəsi aparılır. Hazırda bina yararsız vəziyyətdədir.
Birinci vitse-prezident Mehriban Əliyeva bağçada məktəbəqədər təhsilin və uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədi ilə müvafiq tapşırıqlar verib.
Respublikamızda yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması üzrə həyata keçirilən dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da bu sahəni daim diqqətdə saxlayır. Fond 2014-cü ildən etibarən "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramını həyata keçirərək, uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişməsinə öz töhfəsini verir.




Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir
Bir aylıq 'qardaş' qaralama kampaniyası