Mehriban Zəkidən dələduzluqla bağlı XƏBƏRDARLIQ

Mehriban Zəkidən dələduzluqla bağlı XƏBƏRDARLIQSon zamanlar insanları müxtəlif yollarla aldadaraq onlara məxsus vəsaitləri mənimsəməyə çalışan dələduzların hədəfi bu dəfə Xalq artisti Mehriban Zəki olub.
azxeber.com xəbər veirr ki, o, bu barədə öz sosial şəbəkə hesabında məlumat verib. Məlum olub ki, özünü Kapital Bank əməkdaşı kimi təqdim edən dələduz ona WhatsApp sosial şəbəkəsi üzərindən zəng edib və şəxsi məlumatlarını istəyib. Dələduzluq halları ilə bağlı məlumatlı olan Mehriban xanım heç bir məlumat təqdim etməyib və dərhal bankla əlaqə saxlayıb. Bankdan ona həmin nömrənin həqiqətən də banka aid olmadığı bildirilib və zəng edən şəxsin dələduz olduğu təsdiq edilib.
Kapital Bank-dan mövzu ilə bağlı bildirilib ki, ehtiyatlı davrandığı və müştəriləri də bu mövzuda məlumatlandırdığı üçün Mehriban xanıma təşəkkür edirik.
Bir daha qeyd edirik ki, aidiyyatı qurumların və bankların təhlükəsizlik tədbirləri ilə yanaşı, hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesablarından və ya xarici nömrədən zəng edə bilməz. Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub-olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən mobil tətbiqə bank əməkdaşı olduğunu təsdiq edən bildiriş göndərməsini tələb edilə bilər. O həqiqətən bank əməkdaşıdırsa, vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir:
"Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik".
Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.
Mehriban Zəkidən dələduzluqla bağlı XƏBƏRDARLIQMehriban Zəkidən dələduzluqla bağlı XƏBƏRDARLIQMehriban Zəkidən dələduzluqla bağlı XƏBƏRDARLIQ

İqtisadiyyat       Tarix: 27 noyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xabar axsam az xeberler apa.az xeberler valyuta mezennesi 2026