Meksikanın aparıcı radio kanalında Ermənistanın son hərbi təcavüz aktından danışıldı - FOTO

Meksikanın aparıcı radio kanalında Ermənistanın son hərbi təcavüz aktından danışıldı - FOTOMeksikanın aparıcı radio kanalında Ermənistanın son hərbi təcavüz aktından danışıldı - FOTO
Meksikanın çoxmilyonlu dinləyici kütləsinə malik "MVS" radiosunda səfir Məmməd Talıbovun Ermənistanın son hərbi təcavüz cəhdi və Dağlıq Qarabağ münaqişəsindəki hazırkı durum barədə müsahibəsi efirə gedib.
Bununla bağlı Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.
Münaqişənin tarixi köklərindən danışan səfir, Ermənistanın Azərbaycana qarşı uzun illər ərazi iddiaları ilə çıxış edərək beynəlxalq ictimiayyətin bütün üzvləri, o cümlədən Meksika tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınan Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonu 30 ilə yaxındır hərbi işğalda saxladığını və bu ərazilərdə etnik təmizləmə apararaq bir milyona yaxın azərbaycanlı əhalini oradan qovduğunu məlumat verib.
Münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz azad etməsini tələb etdiyini bildirən səfir, beynəlxalq ictimaiyyətin bu tələblərinə baxmayaraq, Ermənistan heç vaxt konstruktiv mövqe tutmadığını, əksinə işğal faktını və status-kvonu möhkəmlətməyə çalışdığını, son dönəmlərdə atdığı təxribat xarakterli addımlarla Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini tamamilə pozduğunu, 27 sentyabrdan etibarənsə növbəti təcavüz cəhdinə əl atdığını qeyd edib.
Aparıcıların Türkiyənin münaqişədəki roluna dair sualına münasiəbtdə səfir Türkiyənin ATƏT-in Minsk Qrupunun üzvlərindən biri kimi danışıqlar prosesinə cəlb olunduğunu, habelə Azərbaycana qardaş ölkə və regionun söz sahibi ölkələrindən biri olaraq burada sabitləşdirici rol oynadığını, münaqişədə Azərbaycana siyasi və mənəvi dəstək verdiyini, eyni zamanda bu məsələdə Azərbaycanı dəstəkləyən digər ölkələr kimi Türkiyənin də beynəlxalq hüququ və BMT qətnamələrini müdafiə etdiyini diqqətə çatdırıb.
Azərbaycanın daim sülh tərəfdarı olduğunu deyən səfir, hazırkı münaqişədə sülhün əldə edilməsinin rəsmi formulunun BMT-nin müvafiq qətnamələrinin icrası, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və məcburi köçkünlərin geri qaytarılması olduğunu qeyd edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini, o cümlədən ölkənin ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raketlərlə atəşə tutduğunu, bu hücumlar nəticəsində 60-dan çox mülki Azərbaycan vətəndaşının həlak olduğunu, 250-dən çoxununsa yaralandığını məlumat verən səfir, Ermənistanın törətdiyi bu müharibə cinayətlərinin proseslərin danışıqlara doğru yönəlməsinə mane olduğunu bildirib. 
Sonda Dağlıq Qarabağda yaşayan erməni icmasının gələcək taleyinə dair sualla bağlı səfir Azərbaycanın müxtəlif millət və inanclardan olan insanların daim birgə, sülh şəraitində yaşadığı bir yer olduğunu, məhz bu səbəbdən Roma papası Fransisko tərəfindən bütün dünya üçün tolerantlq modeli adlandırıldığını söyləyib və bu xüsusda, Ermənistanın hazırkı hökumətinin öz təcavüzkar siyasətindən əl çəkdiyi və işğal edilmş Azərbaycan ərazilərini azad etdiyi halda, ölkəmizdə yaşayan digər xalqlar kimi ermənilərin də azərbaycanlılarla birgə dinc yaşaya biləcəyini və beləcə, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin bərpa olunmasına şərait yaranacağını bildirib.  
Meksikanın aparıcı radio kanalında Ermənistanın son hərbi təcavüz aktından danışıldı - FOTO

Siyasi       Tarix: 22 oktyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda xeber.az hava son xəbər