"Məktəb vaxtı tutduğum gündəliyim yoxa çıxdı, bir ay xəstə yatdım"
Məktəbə gedəndə birdən duyğulandım, dayandım. Dəftər götürdüm başladım yazmağa. Sadə də bir dəftərim var idi"
Open.az xəbər verir ki, bunu Xalq artisti Gülyaz Məmmədova "Şou ATV"də uşaqlığından yazdığı gündəliyi ilə bağlı danışarkən deyib.
Xanım sənətçi həyatının hər anını qeyd etdiyi gündəliyini Bakıya gəldikdən sonra itirdiyini bildirib:
"Orada hələlik öz həyatımı yazırdım - 10 uşaqlı ailəyik, neçənciyəm ailədə, qardaşım belə əsgər getdi, belə gəldi. Gülyanaq məndən balacadır, onu vururam, incidirəm onu. O məni niyə incidir, mən onu niyə vururam - Hamısını yazmışdım!
Sonra, 7-ci sinifdə uşağımın atası qabağıma gəldi, mənə toxundu qaçdı. Elə də tanışlığımız oldu. Onu da gündəliyə qeyd etmişdim. Paralel sinifdə oxuyurduq. Ona qarşı hələ hisslərim yox idi. Sadəcə olaraq iri gözlü bir oğlan idi. Gözlərinə yəqin aşiq olmuşam. Gözləri həmişə rastıma çıxırdı, onu da gündəliyə yazırdım. Həyatımda nə varsa hamısını yazdım və məktəbi bitirdim gəldim Bakıya. Gündəliyimi də mən özümlə gətirdim. Tələbəlik gündəliyim var, amma hazırda durur, itməyib. Tələbəliyimin 4 ili hamısı yazılıb - Necə həyat keçirtmişəm, yuxudan durub yatana qədər hər şeyim gündəlikdə var. Amma məktəb vaxtı tutduğum gündəliyim yoxa çıxdı. Mən bir ay xəstə yatdım. Çox sarsıntı keçirtdim. O gündəliyi artıq yazmadım, amma nə varsa hamısı yadımdadır. İstəyərəm ki, yenidən onu yazım". (Milli.Az)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq