Məktəbdə uşağın ölümünə görə cinayət işi başlandı - RƏSMİ + YENİLƏNİB
Cəlilabadda şagirdin məktəbdə ölümü ilə bağlı cinayət işi açılıb.
Bu barədə KONKRET.az-a rayon prokurorluğundan məlumat verilib.
Fevralın 8-i saat 12 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, Ocaqlı kənd 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanıqlı vəziyyətdə olan 10 kv-luq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.
***
14:54
Cəlilabadda birinci sinif şagirdini elektrik cərayanı vuraraq öldürüb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ocaqlı kəndində baş verib.
Həmin kənddə yerləşən məktəbin həyətində 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Yaşar oğlu Zeynalovu elektrik cərayanı vurub. Nəticədə məktəbli dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar