"Məktəbli avtobusları"ndakı qiymətlər narazılıq yaratdı - AÇIQLAMA
Azərbaycanda cəmi bir neçə gündür tətbiq olunan "2School" pilot layihəsi-məktəbli avtobusları valideynlər və ictimaiyyət arasında müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə bir çox valideyn gündəlik ödənişlərin yüksəkliyindən narazılıqlarını bildirirlər.
Təhsil eksperti Elmin Nuri azxeber.com-a bildirib ki, ötən həftə ən çox müzakirə olunan təhsil mövzularından biri şagirdlərə ayrılan məktəb avtobusları olub:
"Xüsusilə, həmin avtobusların valideynlərdən tələb etdiyi gündəlik ödənişlərin ölkə və dünya standartları ilə müqayisədə nisbətən baha olduğu vurğulanır. Hazırda bu layihə hələ pilot layihə xarakteri daşıyır və yalnız 8 dövlət və 3 özəl məktəbi əhatə edir, yəni ümumilikdə 11 məktəbə tətbiq olunur. Digər pilot layihələrdə olduğu kimi, burada da ilkin addımlar atılıb, ictimai rəy nəzərə alınacaq və bəzi məsələlər cilalanacaq".
Ekspertlər bildirir ki, layihənin uzun müddət yalnız pilot qismində qalması məqsədəuyğun deyil:
"Maksimum üç pilot məktəb sınaqdan keçdikdən sonra sistemin bütün məktəblərə tətbiqi nəzərdə tutulmalıdır. İctimai rəy artıq mövcuddur və qiymətlərin yüksək olması məsələsi geniş müzakirəyə çıxarılıb".
Şahanə Ziyad

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma