Məktəbli oğlan müəllimləri və şagirdləri güllələmək istədi
ABŞ-ın Los-Anceles şəhərində 13 yaşlı yeniyetmə sinif yoldaşlarını və məktəbin heyətini güllələmək təhdidinə görə həbs edilib.
Bu barədə polisə istinadən "Los Angeles Times"ə bbildirib.
Qeyd edilir ki, onun evində tüfəng, patronlar və şagirdlərin adları olan siyahı tapılıb.
Nəşr qeyd edib ki, yeniyetmə ilə birlikdə onun ailəsinin daha bir üzvü həbs edilib. Amma yaşca böyük olan həmin şəxsin həbsinin məktəbə hücum təhdidi ilə bağlı olub-olmaması hələ məlum deyil.
Şagirdlərin sözlərinə görə, cümə günü sinif yoldaşları onları güllələmə ilə hədələməyə başlayıb. Məktəblilər bu barədə təhsil müəssisəsinin rəhbərliyinə bildiriblər. Bundan sonra polislər axtarış üçün onun yeniyetmənin yaşadığı evə gəliblər. Evdə axtarışlar zamanı yarımavtomatik AR-15 tüfəngi, 100 patron, həmçinin yeniyetmənin hücum etmək niyyətində olduğu şagirdlərin və məktəb əməkdaşlarının adlar siyahısı aşkarlanıb.
Məlumata görə, həmin gün Palmdeyl (Los-Anceles dairəsində yerləşir-red) şəhərinin məktəblərindən birində başqa bir şagird də həbs olunub. Qeyd edilir ki, o da həmyaşıdlarını güllələmə ilə hədələyib. Yeniyetmə həmyaşıdları ilə davadan sonra sosial şəbəkələrdə silahla şəkil və təhdidlər yerləşdirib.
Hüquq-mühafizə orqanları rəsmilərinin sözlərinə görə, bu iki hadisə bir-biri ilə əlaqəli deyil.(Report) /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib