Məktəblilər öz sinif yoldaşlarını cinsi köləlikdə saxlayıblar - TƏFƏRRÜAT
Qazaxıstanın Qızılorda şəhərində məktəbli qızın cinsi köləliyi ilə bağlı işdə şübhəli bilinən 11 nəfərdən 5-i azyaşlıdır.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qızılorda Rayon Polis İdarəsi azyaşlının fahişəliyə cəlb edilməsi ilə bağlı cinayət işini araşdırır. Hüquq-mühafizə orqanları həmçinin aşağıdakı hallara baxır:
yetkinlik yaşına çatmayanların fahişəliyə cəlb edilməsi;
fahişəlik üçün yuvaların təşkili və ya saxlanması;
qəsb;
narkotik və psixotrop maddələrdən, onların analoqlarından istifadə etməyə meyl;
işgəncə;
yetkinlik yaşına çatmayan uşağı böyütmək üzrə öhdəliklərin yerinə yetirilməməsi.
"Cinayət işlərinin 9 iştirakçısı həbsdədir, ikisi ev dustaqlığına məhkum edilib, onlardan beşi azyaşlıdır. Zərərçəkmiş işin halları ilə bağlı dindirilib. Məhkəmə baxışı və məhkəmənin açıq keçirilməsi məsələsi məhkəmənin səlahiyyətindədir", – deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilie.
Qeyd edək ki, hələ avqust ayında məlum olmuşdu ki, Qızılordada məktəblilər 16 yaşlı sinif yoldaşını cinsi köləlikdə saxlayıblar. "Don"t Be Silent KZ" ictimai fondu bildirib ki, bir qrup yeniyetmə qızı zorla saxlayıb və narkotik qəbul etməyə məcbur ediblər. Üstəlik, fondun bildirdiyinə görə, bundan məktəb direktoru, müəllimlər və ərazi polis məmuru məlumatlı idi. Rayon Polis İdarəsinin mətbuat xidmətindən bildirilib ki, şübhəlilər saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Uşaq hüquqları üzrə müvəkkili Dinara Zakiyeva əmin edib ki, istintaq onun nəzarətindədir.
Rəsmiyyə Şərifova,
KONKRET.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto