Məktəblilərimiz üç bürünc medalla vətənə dönüblər
29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində keçirilən 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI) azərbaycanlı məktəblilər uğurlu nəticələr əldə ediblər.
azxeber.com xəbər verir ki, Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Fateh Əhmədzadə, Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 9-cu sinif şagirdi Əkbər Əhmədov və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 9-cu sinif şagirdi Ömər Əliməmmədzadə bürünc medala layiq görülüblər.
24 ölkədən 100-ə yaxın məktəblinin iştirak etdiyi əsas yarış iki gün davam edib. Hər gün iştirakçılara dörd saat ərzində həll etmələri üçün üç tapşırıq təqdim olunub. Məktəblilərin C++ proqramlaşdırma dilində təqdim etdikləri həllərin qiymətləndirilməsi 100 ballıq sistem üzrə aparılıb.
Qeyd edək ki, Azercell Telekom, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən məktəblilərin beynəlxalq informatika və proqramlaşdırma olimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu müddət ərzində məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 4 gümüş, 11 bürünc medal, ümumilikdə isə 6 qızıl, 32 gümüş və 66 bürünc olmaqla 104 medal qazanıblar.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır