Məlahət Abbasovanın AzTV-dəki verilişi bağlandı - Qalmaqal
Əməkdar artist Məlahət Abbasovanın AzTV-də yayımlanan "Məlahətli söhbətlər" verilişinin yayımı dayandırılıb.
Open.az xəbər verir ki, aktrisa bu haqda İnstaqramda canlı yayımda deyib. O, jurnalist Əli Novruzəliyevin sualını cavablandıraraq incidiyini söyləyib.
Ötən həftə proqramı efirə getməyən M.Abbasova "Veriliş nə vaxt olacaq" sualına belə cavab verib:
"Yayımlanmayacaq, son verilişim oldu. Bunla bağlı açıqlama verəcəm. Çox səviyyəli veriliş olub. Xalq bu verilişi çox sevdi. İki dövlət, tək millət adına olan bir proqram idi. Türkiyənin ən tanınmış simaları qonaq oldu. Bu insanları Bakıya gətirmək asan deyildi.
Gözəl işlər baltalanmamalıdır. Xalqı maarifləndirən verilişlər olmalıdır. Yaxşı, sosial proqramlar olmalıdır, amma buna da dəstək durmalı idilər. Maddiyat güdülməməli idi. Mən Türkiyədə teatr rəhbəriyəm, burada seriallardan nə qədər qazanmaq olur. Amma maddiyatı kənara qoyub, mənəvi dəyərlərə üstünlük verdim. Azərbaycan üçün nələrsə etməyə çalışdım. Ancaq son iki-üç gündə problem yaşandı. Mən itirmədim, kanal itirdi.
İzləyicilər iradlarını mənə yox, kanala bildirsinlər. Amma mənim üçün fərqi yoxdur, o kanal olmasın, başqasına gedəcəm".
Qeyd edək ki, "Məlahətli söhbətlər" bundan əvvəl ATV-də yayımlanırdı.(axşam.az)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq