Melkonyan: "Ermənistan İrandan da imtina edir, Türkiyə və Azərbaycana yaxınlaşır"

Melkonyan:

" class="imgbcode" />"Ermənistanda İran əleyhinə təbliğat kampaniyası başlayıb. Bunun başında ya iqtidaryönlü informasiya resursları və ictimai şəxslər, ya da açıq şəkildə mövcud rejimə qarşı olmayan və onunla fəal əməkdaşlıq edənlər dayanır".
KONKRET.az xəbər verir ki, bu barədə erməni ekspert Sergey Melkonyan öz Telegram kanalında yazıb.
O fikirlərini belə əsaslandırıb: "Ermənistanda aparılan əsas təbliğata görə, "İran Azərbaycanın dostudur, ona görə də Ermənistana kömək etmək niyyəti yoxdur. Xüsusi diqqət məqam çəhət odur ki, yerli mediada bildirilir ki, İran Ermənistanın cənub rayonlarını işğal etmək istəyir. Buna görə də Bakı və Ankara ilə sözügedən məsələdə razılığa gəlməyə hazırdır. Digər təbliğ olunan tezislərdən biri də İranın Ermənistan ərazisində hərbi baza yaratmaq barədə tələbidir. Guya Tehran istəyir ki, Ermənistan özünü müdafiə edə bilməyəcəyi vəziyyətə düşməlidir ki, tələbi yerinə yetirsin. Ermənilər arasında bu fikir də formalaşır ki, guya İran heç nəyə qadir deyil, ona görə də onunla əməkdaşlığı dərinləşdirməyin mənası yoxdur
Çox maraqlıdır ki, əks-təbliğat kampaniyasının mərkəzində İranın regionda kommunikasiyaların açılmasında maraqlı olmaması qabardılır. Həmin tezisin mahiyyəti odur ki, Tehran Ermənistanın mühasirədə qalmasını şərtləndirən amillərə üstünlük verir. Eyni zamanda İran bilərəkdən Ermənistana silah verilməsinə mane olur ki, zəif və ondan asılı olsun.
Əlbəttə, Bütün bu cür tezislər ya yalan, ya da manipulyasiyadır.
Nəyə diqqət etmək vacibdir?
Belə tezisləri ənənəvi olaraq anti-Rusiya təbliğatı ilə məşğul olan platformalar və şəxslər yayırlar.
Bu cür məlumatların yayılmasında əsas məqsəd Ermənistanda anti-İran əhval-ruhiyyəsi yaratmaqdır ki, bu da rəhbərliyin Tehrandan üz döndərmək qərarına haqq qazandıracaq və sonradan ona qarşı fəaliyyət göstərəcək.
Bu cür qərarlar İranla hərbi-texniki əməkdaşlıqdan imtinaya haqq qazandırmaq üçündür.
Belə bir xarici siyasət xəttinin nəticələri çox aydındır. Ermənistan Rusiya ilə münasibətləri pozmağa davam edərsə, İranla münasibətləri bilərəkdən pisləşdirərsə, o zaman boşluğu dolduracaq yeganə regional güc Türkiyədir.
Belə ki, bu təbliğatın əsas faydalananları Türkiyə və Azərbaycandır".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 09 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər sou xeberler xeberler bu gun xeberler bugun