Melkonyandan KTMT ilə bağlı VACİB AÇIQLAMA: "Mümkün deyil"

Melkonyandan KTMT ilə bağlı VACİB AÇIQLAMA: Ermənistan və Rusiya arasında iqtisadi və siyasi əlaqələrə yanaşmada ciddi fərqlər mövcuddur.
KONKRET.az xəbər verir ki, bu fikir İrəvanda keçirilən "Avrasiya Dialoqu. Ermənistan" tədbirində ekspertlər tərəfindən səsləndirilib.
Siyasətçi-şərqşünas Sergey Melkonyan bildirib ki, Rusiya iqtisadi və siyasi münasibətləri bir-birindən ayrı görmür. Lakin rəsmi İrəvan daha çox iqtisadi əməkdaşlığa üstünlük verir və təhlükəsizlik məsələləri ikinci plana keçib.
Melkonyanın fikrincə, texniki əməkdaşlığın bərpası real görünmür. Ermənistan artıq iqtisadiyyatını şaxələndirib və əvvəlki modelə qayıdış mümkün deyil.
Tərəflər arasında etimadsızlıq problemi…
Ekspert qeyd edib ki, Rusiya bölgədə kimə güvənəcəyini bilməlidir, Ermənistan isə öz təhlükəsizliyinə təminat hiss etməlidir. Hazırda isə nə Rusiya Ermənistana, nə də Ermənistan Rusiyaya tam etibar edir.
Onun sözlərinə görə, Moskva və İrəvan arasında ikitərəfli əməkdaşlıq KTMT çərçivəsindən kənarda ayrıca formatda davam etdirilə bilər. Çünki Ermənistanın KTMT-yə qayıdışı real görünmür. Bu baxımdan Rusiyanın təhlükəsizlik sahəsində öhdəliklərinə sadiqliyi ilə bağlı verdiyi son bəyanat da məhz ikitərəfli formatda əməkdaşlığın davam edəcəyini göstərir.
Yeni əməkdaşlıq formatı müzakirə edilir…
Rusiya Elmlər Akademiyasının eksperti Andrey Bıkov isə vurğulayıb ki, Moskva hərbi-siyasi və iqtisadi əməkdaşlığa Ermənistan kimi yanaşmağa borclu deyil. Onun sözlərinə görə, bu proseslər Moskva üçün vahid və bir-biri ilə əlaqəli mexanizmdir.
Ekspert əlavə edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması məsələsi artıq ekspertlər və hətta rəsmi dairələrdə müzakirə olunur. Bu addım həm hərbi-siyasi, həm də sosial-iqtisadi sabitlik baxımından ciddi risklər yarada bilər.
Bıkovun fikrincə, hazırkı proseslər detallı təhlil edilməli və hər iki tərəf üçün mövcud risklər yeni imkanlara çevrilməlidir.
Aysu İbrahimova,
KONKRET.az

Siyasi       Tarix: 06 mart 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber son xəbərlər bugün 2026 son xeberler bugun xəbər.az