Məmmədyarov "La ville d'Orsay" turnirində iştirak edəcək
Bu gün Fransanın Orsay şəhər merinin təşkilatçılığı ilə "La ville dOrsay" onlayn şahmat turniri start götürəcək.
Publika.az azərtac-a istinadla xəbər verir ki, 294 şahmatçının mübarizəyə qoşulacağı yarışda Azərbaycanı turnirdə ölkənin ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov, yığmamızın digər aparıcı üzvü Rauf Məmmədov, Fransada yaşayan həmyerlimiz və turnirin təşkilatçılarından biri olan Namiq Quliyev, Kənan Qarayev, Nərmin Xələfova, İdris Əsədzadə, Xan və Səid Əliyarlılar təmsil edəcəklər. Bundan əlavə, yarışda ABŞ şahmatçısı Qata Kamskiy, fransalı Maksim-Vaşye Laqrav, iranlı Parham Maqsudlu, Gürcüstan təmsilçiləri İvan Çeparinov və Baadur Jobava kimi tanınmış şahmatçılar da iştirak edəcəklər.
Yarış 18:00-da start götürəcək. Turnir İsveçrə sistemi üzrə oynanılacaq və 11 turdan ibarət olacaq. "Tournoi déchecs La ville dOrsay" turnirin mükafat fondu 1300 avrodur.

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu