Mən də, Fəzail Ağamalı da gilas ala bilərik, maaşımız yaxşıdır' - Deputatdan bazardakı qiymətlərə MÜNASİBƏT

Mən də, Fəzail Ağamalı da gilas ala bilərik, maaşımız yaxşıdır' - Deputatdan bazardakı qiymətlərə MÜNASİBƏT"Bu günə qədər aldığım maaş şəxsən məni qane edir, mənim üçün kifayətdir. İndiyə qədər də deputat maaşı az deyildi".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. O, qeyd edib ki, maaş artımı digər sahələrdə də olmalıdır:
"Maaş artımı respublikada çox sahələrə şamil olunub, bu gündən sonra da şamil olunacaq. Maaşlar, pensiyalar, müavinətlər artırılır. Hesab edirəm ki, bütün sahələrdə işləyənlərin əmək haqları artmalıdır, pensiya və müavinətlər artmalıdır. Veteranlara verilən pullar artmalıdır. Müəllim və həkimlərin hamısının əmək haqlarının artmasının tərəfdarıyam. Bu günə qədər aldığım maaş şəxsən məni qane edir, mənim üçün kifayətdir. Bu günə qədər mövcud olan deputat maaşı az da deyildi. Məni qane edir və bu barədə narahatlığım da yoxdur. İndi əgər deputatların maaşı artırılırsa, bunu deputatlar özləri artırmır ki. Bu, yəqin ki, dövlət rəhbərliyinin xüsusi tapşırığı ilə olan məsələdir. Yəni, bu mənim deyib-deməməyimlə artıb-azalan deyil. Ancaq mən bu günədək mövcud olan deputat maaşımdan razıyam".
Fəzail Ağamalının açıqlamasına münasibət bildirən Elman Məmmədov qeyd edib ki, deputat bunu o mənada deyib ki, ərzaq və qeyri-ərzaq məhsulları da o qiymətə olsun ki, onu hamı ala bilsin:
"Elə mən bayaq saytlara baxırdım, Fəzail Ağamalının "Mən gilas ala bilmirəm" söhbətini gördüm. Bəzən bu məsələni çox da dərinliyinə getmədən şərh edənlər var. Fəzail Ağamalı gilas ala bilər və maaşı kifayətdir, imkanı da var. Fəzail müəllim bunu o mənada deyib ki, yəni gilas da, digər ərzaq və qeyri-ərzaq məhsulları da o qiymətə olsun ki, onu hamı ala bilsin. Fəzail Ağamalı çox hörmətli yoldaşdır, çox da düz fikir söyləyib. O da, mən də yüksək deputat maaşı alırıq. Biz gilas ala bilərik. Amma bizim gilas almağımızla bərabər gilas yemək istəyən digər insanları da düşünmək lazımdır axı". 
Elman Məmmədov həmçinin deyib ki, bazarlardakı qiymətlərə ciddi nəzarət olunmalıdır:
"Bazarlardakı qiymətlərə nəzarət etmək lazımdır. Axı o gilası, kartofu, soğanı yetişdirən kəndli özü onu çox münasib qiymətə satır. Bunları yetişdirən kəndli özü o qədər gəlir götürə bilmir. Yəni, qiymət artımını kəndli etmir, işbazlar edir. Gedib 30-40 qəpiyə aldığı pomidoru, xiyarı gətirib bazarlarda 2-3 manata, 5 manata qoyurlar. Bu gün marketlərdə gilası 10-15 manata qoyurlar. Zülmlə xiyar-pomidor yetişdirənlər yerində, bəlkə də, onu 20-30 qəpiyə sata bilir, ya bilmir. Yəni bu, qınanılmalıdır. Bu sahəyə nəzarət etməli olan rəsmi qurumlar bahalaşmaların qarşısını almaq üçün çox ciddi fəaliyyətə keçməlidirlər. Söhbət təkcə gilasdan yox, bütün ərzaq və qeyri-ərzaq məhsullarından gedir. Sanki heç bir nəzarət yoxdur, kim hansı qiyməti istəyirsə, onu da qoyur, istədiyi qiymətə satır. Belə olmamalıdır, bu qiymətlərə ciddi nəzarət olmalıdır, süni qiymət artımına yol verənlər ciddi cəzalandırılmalıdır".
Aydın Nuri

Siyasi       Tarix: 23 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 bugünkü son xəbərlər bugunun xeberleri cəbhədən son məlumat