"Mən indi bunu danışmaqdan utanıram, Rusiya Xəzərdən "Kalibr"lər atanda..." - Keçmiş komandan

2000-ci illərdə Rusiya ordusu "içi boş bulud" idi və nə Çeçenistandakı münaqişənin öhdəsindən gələ bilirdi, nə öz sualtı qayıqlarının təhlükəsizliyini təmin edirdi. Lakin 20 il sonra Vladimir Putinin rəhbərliyi altında Rusiya silahlı qüvvələri təcrübəli hərbçilərə, dəqiq komandanlıq strukturuna və hipersəs sürətli silahlara malik qorxunc qüvvəyə çevrilib.
KONKRET.az xəbər verir ki, bu sətirlər "The New York Times" qəzetinin məqaləsindən götürülüb. Qəzet yazır ki, 2015-ci ildə Rusiya Bəşər Əsədin devrilməsinə imkan verməmək və öz silahlarının üstünlüyünü dünyaya nümayiş etdirmək üçün Suriya müharibəsinə qoşuldu. "Ekspertlərin bildirdiyi kimi, Putin bu müharibəni istifadə edilən hərbi texnologiyaların real potensialını üzə çıxarmaq üçün laboratoriya kimi istifadə etdi", – məqalədə deyilir.
Qəzet yazır ki, Rusiyanın öz ordusunu bu cür sürətlə və effektiv şəkildə modernizə etməsi ABŞ rəsmilərinin neqativ reaksiyalarına səbəb olmaya bilməzdi. Nəticədə indi onlar Rusiyanı Ukraynanı hücuma hazırlaşmaqda ittiham edirlər.
ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz piyadalarının veteranı Robert Li qeyd edir ki, Rusiyanın Qara dənizdəki gəmilərində və sualtı qayıqlarında "Kalibr" qanadlı raketləri yerləşdirilib, "İsgəndər-M" raketləri isə Ukrayna sərhədləri yaxınlığında mövqe tutub.  Bu raketlər Ukrayna ərazisində istənilən hədəfi vurmağa imkan verir. Ukrayna sərhədləri yaxınlığında cəmləşdirilmiş T-72B3 tankları isə uzaqmənzilli mərmilər və gecə vaxtı döyüş aparmağa imkan verən teplovizorlarla təchiz olunub.
ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces isə etiraf edib: "Mən indi bunu danışmaqdan utanıram, amma "Kalibr" raketləri Xəzər dənizindən Suriyadakı hədəfləri vuranda bu mənim üçün gözlənilməz oldu. Söhbət həmin raketlərin texniki xarakteristikasından getmir-mən hətta bu raketlərin orada olduğunu bilmirdim!".
ABŞ Hərbi Hava Qüvvələrinin generalı Filip Bridlav isə deyib: "Biz rusların qiymətini layiqincə verməliyik-onlar yeni müharibə metodlarını ağlasığmaz dərəcədə sürətlə mənimsəyirlər. Hər dəfə biz onların hansısa münaqişə zamanı hərəkətlərini izləyəndə əvvəlkindən daha dəqiq olduqlarını görürük".
Xatırladaq ki, Rusiya Xəzər dənizindən Suriyada İŞİD-in mövqelərinə 2015-ci ilin oktyabrında "Kalibr" qanadlı raketləri ilə zərbələr endirib. Bu əməliyyatda Rusiyanın Xəzər donanmasının 4 gəmisi iştirak etmişdi.

Virtualaz.org

Siyasi       Tarix: 28 yanvar 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl


son xeberler azerbaycan xeberleri yeni xeberler maliyye xeberler bugun cəbhədən son məlumat cəbhədən görüntüleri ən son xeberler