"Mənə iltifat etmək istəyənlər ikiüzlü kimi yalan danışırdı" - Ülvira

"Mənə iltifat etmək istəyənlər ikiüzlü kimi yalan danışırdı" - Ülvira"İlk plastik əməliyyatımı hələ məşhur evlilik verilişim efirdə olanda etdirdim. Atadanqalma bir estetik qüsurum vardı, iltifat etmək istəyənlər ikiüzlülüklə yalan danışardı - yox, bu, səni korlamır, heç görünmür, nə bilim nə... Özüm kor deyildim, gözlərim var idi, altında da tünd tuluqlar. Efirdən əvvəl ha özünə əl qat, ha qrimçi bir ton tonal krem, üstündən açıq rəngli ənlik çəksin - xeyri yox idi, hirsli üz ifadəsi məni tərk etmirdi".
Open.az xəbər verir ki, bu sözləri aparıcı Ülvira Qarayeva sosial şəbəkədə yazıb.
O, estetik əməliyyatlardan öncəki fotosunu paylaşaraq ilk dəyişimə cəhdindən bəhs edib:
"O vaxtlar bir rəfiqəm bu dözülməz problemi aradan qaldırmaq üçün məni tanış həkiminin yanına apardı. Mənə başdan demişdi ki, bu əməliyyat ümumi narkozsuz olur. Nəysə ki, həyatımda ilk dəfə, özü də könüllü şəkildə əməliyyata girdim. Gülməli çiçəkli xalatı geyindim, keçib əməliyyat masasına uzandım. Üz nayihəsinə iynə vurmaqla əksər müasir xanımlar kimi məni də qorxutmaq mümkün deyildi - mezo və biopolimer əməlli təcrübə olmuşdu. Həkim az gülümsəyirdi, həkimlərə xas yumşaq, amma zabitəli tərzdə danışırdı. Eyni təmkinli, etirazlara dözməyən səslə əməliyyatın bitdiyini dedi. Əməliyyatdan İlhamə Quliyeva özgüvəni ilə çıxmışdım, amma üzüm eyni özgüvəni haqq etmirdi - kirpiklərin dibində tikanlanan saplar, həkimin göy markerlə çəkdiyi xəttlər məni model görünüşündən daha da uzaqlaşdırmışdı.
Evdə bir neçə gün tikişləri mazla yumşaltdım və vaxtı çatanda onları açdırmağa getdim. Əməliyyat cümə günü axşam efirdən sonra idi, birinci gün sağ-salamat efirə çıxdım. Düzdü, hər gün evdən çıxmazdan əvvəl tikişlərin uzanan saplarını kəsib, qısaltmaqla məşğul idim. Qrimçi isə onları tamamilə görünməz edirdi. Bu, mənim ilk və çox bəyəndiyim dəyişimim oldu, cizgilərim və baxışım yumşaldı. Amma həkimlə son görüşüm deyildi, hələ çox düşəcəkdim əlinə". (Axşam.az)
"Mənə iltifat etmək istəyənlər ikiüzlü kimi yalan danışırdı" - Ülvira

Şou Biznes       Tarix: 27 may 2020
f Paylaş

Oxşar xəbərlər

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən görüntülər cəbhədən son dəqiqə bu gunun xeberleri