Məni it kimi boğazımdan unitaza zəncirləmişdilər, Allahverdi Bağırov dedi ki, qızları..."- Xocalı əsiri

Məni it kimi boğazımdan unitaza zəncirləmişdilər, Allahverdi Bağırov dedi ki, qızları..."Xocalı canilərinin bir çoxu tutularaq ölkəmizə gətirilib. Amma mən Vitali Balasanyanı gözləyirəm. Allaha yalvarıram ki, onu diri-diri tutub Azərbaycana gətirsinlər. O necə ki, gülərək, bizi sorğu-sual edirdi, mənim də ona suallarım var. Özü də çoxdur. Onlar burada çay içir, sivil qaydada həmin cinayətkarlarla davranırlar, amma kamerada qalanda bizə  heyvan kimi münasibət göstərirdilər. Üzümüzə tüpürürdülər, ayaqqabını ağzımıza soxurdular, təhqir edib, zülm edirdilər, zəncirləyirdilər. Biz bu günləri unutmamalıyıq. Mən necə erməni ilə birgə yaşaya bilərəm?! Baxmayaraq ki, ağır xəstəyəm, bu gün xərçəngəm, amma danışmağı özümə borc bilirəm. Düzdür, efirlərə getmək mənim üçün ağırdır, amma telefon vasitəsilə məndən müsahibə alırlar, jurnalistləri evimə dəvət edirəm. Gücüm qalmayıb, amma yenə də danışmaq mənim borcumdur. Mən bəzən gənclərimizə heyfslənirəm. Jurnalistlər xüsusi günlərlə bağlı şəhərdə sorğu aparır, o gənclərin əksəriyyəti tarixi günləri, qan yaddaşımızı bilmirlər. Mən istərdim ki, mənim vətənimin övladları, gəncləri savadlı olsun"
azxeber.com bildirir ki, bunu moderator.az-a açıqlamasında 8 gün erməni əsirliyində qalan qadın Dürdanə Ağayeva deyib. O daha sonra həmin illəri xatırlayıb.
"Xocalı mənim anamın vətəni idi, atam Ağdamdan idi. Amma mən Xocalıda dünyaya gəlmişdim, orada yaşamışdım, orada işləyirdim. Evin böyük qızı, 3 qardaşın tək bacısı idim. Uşaqlıqdan telefonçu olmaq istəyirdim. "Telefonçu qız" filminə baxıb öz gələcəyimi düşünürdüm. Nə biləydim ki, bir gün əsir düşəcəm və əsirlikdə də daha çox əzab-əziyyət, zülm görməyimin başlıca səbəbi də telefonçu olmağım olacaq?! 1992-ci ilin fevral ayında artıq Xocalının bütün yüksəklikləri tutulmuşdu. Kənddə heç bir hərbi maşın yox idi. Rabitəçi olduğum üçün bütün danışıqları eşidirdim. Erməni deyirdi ki, sizə qan udduracağıq. Bir dəfə Milli Qəhrəman Əlif Hacıyevə zəng edib bunu dedim. Dedi ki, "erməni qandan qorxan millətdir, o bizə necə divan tuta bilər?" Əlbəttə ki, onlar təkbaşına deyildi, dəstək olan qüvvələr var idi. Gecə saat 11 radələrində Xocalı ağır artilleriya atəşinə tutuldu. Bizim heç nədən xəbərimiz yox idi. Qonşu qadın qaçaraq gəlib dedi ki, "oturmayın qaçın, qonşu kənddə axıska türklərini öldürürlər, indi bizim kəndə gəlirlər". Üzü meşəyə tərəf qaçdıq. Ermənilər artıq kəndimizdə idi. Onlar evlərimizi yandırırdılar. O evlər yanırdı, işığı yola düşürdü. Biz Qarqar çayına tərəf gəlirdik. Təsəvvür edin, çay donub, qar sinəmizə qədər qalxıb. İnsanlar bir-birinin üstünə yıxılırdı.. Qardaşım Elşad qabaqda idi, məndən arxada da Valeh və onun hamilə yoldaşı var idi. Bir də gördüm ki, Valeh qışqırır.. Sən demə onun hamilə yoldaşını öldürdüblərmiş. Artıq taqətimiz qalmamışdı.. Bu zaman erməniyə əsir düşdük. Ən ağrılı günlərim ondan sonra başladı. Bizi yolboyu təhqir edə-edə Əsgəran rayon Polis İdarəsinə gətirdilər. Təsəvvür edin, 20 yaşım var, axı o söyüşlərdən, təhqirlərdən utanıram.. Qardaşım da yanımdadır. Anam məni axı əsir düşmək üçün dünyaya gətirməmişdi! Mənim də digər qızlar kimi gənclik arzularım var idi. Monte Melkonyan, Vitali Balasanyan, Karo mənə o qədər zülmlər verirdilər ki.. Qadınları ayrı kameraya salmışdılar, kişiləri də ayrı. Qadınları aparıb uşaqlarının başını onların gözü qarşısında kəsirdilər.. Həmin analar yanımda lay-lay oxuyurdu.. Qaldığım kamerada qonşu otaqdan kişilərin elə səsləri gəlirdi ki.. Dözə bilmirdim, bədənimi dişləyirdim, qulaqlarımı tuturdum. Rabitəçi olduğum üçün mənə "svyazka" deyib o ki, var döyürdülər.. Palçıqlı batinkanı ağzımın içinə o qədər salmışdılar ki.. Palçıq gəlib boğazımın dibinə çatmışdı.. Bir dəfə də Karo məni öz həyətimizdə o qədər döydü ki.. Mən heç nə hiss etmirdim, bədənim hissiyatını itirmişdi. Amma sevinirdim ki, öz evimizin həyətində döyülürəm. Buz kimi vannanın içinə salıb 5-6 saat saxladırdı. Bir dəfə də o qədər döyülmüşdüm ki, huşumu itirdim. 7-8 saat çılpaq vəziyyətdə məni qarın altında saxlamışdılar.. Kliniki ölüm keçirmişəm. Hiss edirdim ki, yerdəyəm, amma bədənim donub.. Orta barmağımı ağzıma salıb özümü ögütdüm.. Dilimi dişlədim.. Mən indi də orta barmağımı əzizləyirəm. Sonra erməni dedi ki, nəbzinə baxmışdıq, sən axı ölmüşdün, necə dirilmisən?! Elə təzə ayılmışdım ki, bir qadın gördüm. Sevindim ki, qadındır da, mənə dəstək olar. Həmin qadın dedi ki, mən Sumqayıtdan gəlmişəm, erməniyəm. Məni dubinka ilə o qədər döydü ki.. Ölməyib yaşayıramsa bu günümə şükürlər olsun.. Amma necə yaşayıram?! Şəkər xəstəliyi tapdım, xərçəng oldum.. Siz təsəvvür etməzsiniz ki, mən işğaldan sonra əsirlikdə saxlanıldığım yerlərə getdim.. Ora gedəndə ayaqlarım yerdən kəsildi, yıxıldım. Gözümü yumdum, bir anlıq hiss etdim ki, oradayam. Əsirlikdə saxlanıldığım yerdə bir ayaqyolu var idi. Orada o qədər başlar kəsildi ki.. Məni boğazımdan həmin unitaza bağlamışdılar.. İt kimi zəncirdə idim" deyə Dürdanə Ağayeva bildirib.
Dürdanə Ağayeva əsirlikdən xilas olunduğu günü belə xatırlayır.
"Allah Allahverdi Bağırova qəni-qəni rəhmət etsin. Görün erməni nə qədər aciz bir millətdir ki, əsirləri siqaretə, yanacağa, çörəyə dəyişirdi. Allahverdi Bağırov Vitali Balasanyana demişdi ki, nə istəyirsən verəcəyəm, mənim əsirlikdə qalan qadınlarımı qaytar! Balasanyan ondan it kimi qorxurdu. Bütün qadınları geri qaytardılar. Mən getmədim. Allahverdi Bağırov Balasanyana demişdi ki, mənim orada rabitəçi bir qızım var, onu niyə qaytarmadın? O da demişdi ki, mən ona təklif etdim, o özü getmək istəmədi, indi də mən onu geri qaytarmıram. Vitali Balasanyana dedim ki, ya qardaşımla birgə gedəcəyəm, ya da ki, burada qalacam. Qardaşımın adını soruşdu, göstəriş verdi ki, onu gətirsinlər. Qardaşım içəri girən kimi təsəvvür etməzsiniz ki, onun ayaqlarından o qədər yapışıb öpdüm ki. Məni qardaşımın gözünün qabağında o qədər döydülər ki.. Qardaşımın gücü ancaq ağlamağa çatırdı.. Çarəsiz idi. Beləliklə 8 günlük əzab-əziyyətdən sonra bizi xilas etdilər.. Əsirlikdən qayıdanda rəhmətlik operator Seyidağa Mövsümlü bizi çəkirdi. Allahverdi Bağırov ona göstəriş vermişdi ki, qadınları danışdırmasın. Mən hamını günahkar bilirdim. Hamıya qışqıra-qışqıra deyirdim ki, niyə qoydunuz ki, əsir düşüm?! Nənəm başımı sığallayırdı, saçımı darayırdı. Anam bədənimdəki işgəncələri görüb üzünü cırmışdı" deyə keçmiş əsir bildirib.

Sosial       Tarix: 26 fevral 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler sonxeber az xeberler bugun 2026 xeber