Mənim qonşum deyir ki…

Mənim qonşum deyir ki…Mənim qonşum deyir ki…
Qəşəm Nəcəfzadə yazır...
Mənim bir qonşum var, beş ildir tanıyıram, hələ indiyə kimi onun intellektindən xəbərim olmayıb. Elə salam verib, salam almışıq, arada-bərədə bir-birimizdən saat soruşmuşuq, yenə arada-bərədə "Bizdə qaz kəsilib, sizdə necə?" kimi sual-cavablar eləmişik. Amma bu dəfə...
Adam bilmir ki, bu koronavirusa nə desin; söyüşmü söysün, ağlasınmı, qapısından qovsunmu, yoxsa durub ona bir kök "sağ ol"mu desin? Nə desək də, deməsək də, aydın bir həqiqət göz önündədir. Xalqımız çətin gündə bir olmağı, bir-birinə arxa durmağı, əl tutmağı bacardı. Hamının qapısı döyüldü, ərzaqdan tutmuş, xoş sözə, təbəssümə, ümidə qədər hər şey insanların üzünü güldürdü. İnsanlar bir-birini yaxından tanıdı. Elə mən də qonşumu yenidən kəşf elədim.
İndi gələk qonşuma. İki ev bizdən o yana anası ilə kirayədə yaşayır. Sosial yardıma çox böyük ehtiyacı var. Yazı-pozu adamı kimi ona dedim ki, gəl, sənin adını yardımlara yazdıraq. Gətirib elə evinizdəcə versinlər. İstəyirsən, adını e-sosial.az saytında qeydiyyata saldıraq. İki ay müddətinə yüz doxsan manat ala bilərsən.
Nə qədər elədim, razı olmadı. Cəhdlərimə baxmayaraq, könül xoşluğu ilə dedi ki, Allah dövlətimizi var eləsin. Mənim ehtiyacım yoxdur. Bəlkə, məndən də daha çox ehtiyacı olan adamlar var, qoy, onlar alsın. Allaha şükür, mənə kənddən pay göndərirlər.
Qonşumun bu qədər könlü, gözü tox olması və düşüncəsinin zənginliyi məni çox sevindirdi. Mən ona deyəndə ki bu yardımı ayrı-ayrı imkanlı şəxslər vermir, öz dövlətimiz verir, dedi ki, Allah dövlətimizin başını uca eləsin. Məndən də vəziyyəti ağır olanlara vermək lazımdır. Halbuki qonşumun anası ağır xəstədir, Milli Onkologiya Mərkəzində kimya terapiyası qəbul edir. Amma o, çox ümidli və  inamlıdır. Əsl ziyalı yetkinliyi nümayiş etdirir. Düşündüm ki, çətin məqamda insanın kamilliyi bilinir. Heç onun ali təhsili də yoxdur. Bəs bu insan harada belə yetişib və harada bu cür təlim-tərbiyə alıb?
Ondan ayrılandan sonra bir həqiqəti dərk etdim ki, dövlət bu cür adamların düşüncəsindən formalaşır. Əsl dövlət adamı belə insanlardan yaranır. İnanıram ki, o, hər hansı bir vəzifədə olsaydı, heç vaxt dövlətin bir qəpiyinə də göz dikməzdi. Rəhbərlik elədiyi qurumun işçilərini də özü kimi inkişaf etdirib, dövləti göz bəbəyi kimi qoruyardı.
İki gündən sonra onunla küçəmizdə yenə görüşdüm. Üzü çox işıqlıdır. Baş verən hadisələri dəqiq təhlil edir, orijinal, məntiqli nəticə çıxarmağı bacarır. Görün mənə nə deyir?
- Müəllim, pandemiya ilə mübarizə dövlətimizi, xalqımızı bir yumruq kimi həm birləşdirdi, həm də gücləndirdi. Bu, məncə, Qarabağın qaytarılmasına bir hazırlıq mərhələsi olacaq. Zaman göstərdi ki, xalq çətin bir duruma düşəndə güclənir. İnanıram ki, koronavirusla mübarizə sistemi Qarabağın azad olunması üçün yetərli bir gücdür.
Qonşuma heyran qalıram. Arqumentləri tutarlıdır. Bir az fikrə gedib yenə üzünü mənə tutur:
- Qarabağ torpağı pandemiya vaxtında kimsəsiz qaldı. Məncə, o, üzünü Azərbaycana tutub kömək istəyirdi. Qarabağı pandemiyadan ancaq Azərbaycan qoruya bilərdi, öz qanadının altına çəkərdi. Çünki Qarabağ onun öz balasıdır.
Yeni fikir tapmış kimi, yenidən barmağını mənə tuşlayır:
- Koronavirusdan sonra təkcə Qarabağın alınması gerçəkləşməyəcək, dünya düzəni dəyişəcək. Sizin ədəbiyyatda böyük və tarixi dəyişikliklər olacaq. İqtisadiyyat yenidən dirçələcək, daha onun mayasında yalan olmayacaq.
Qonşum mənə elə ümidlər verir ki, tez-tələsik evə qaçıb, kompüterin arxasına keçirəm. Və istəyirəm ki, bu şad xəbəri bütün dünyaya çatdırım, deyim ki, qonşuluğumda gözəl bir insan yaşayır. /oxu.az

Sosial       Tarix: 27 aprel 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler az son xeberler azerbaycan krminal bu gun en son xəbərlər bugün