Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev
Torpaqlar işğaldan azad olunandan sonra ilk göstərişlərdən biri həmin ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması olub.
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şükürbəyli sakinləri ilə söhbət zamanı deyib.
"Hər dəfə, hər il əkin-biçin mövsümündən sonra arayış alıram və baxıram taxılçılığın inkişafı nə qədərdir", – Prezident bildirib və əlavə edib ki, ölkə üzrə taxılçılıq inkişaf edir.
Azərbaycan Prezidenti Qarabağ torpağının münbitliyi, buna baxmayaraq məhsuldarlığın az olması haqqında da danışıb:
"Çünki burada məsələn, torpaq çox münbitdir, siz də yaxşı bilirsiniz, çox məhsuldardır. Mənə indi izahat verilir ki, özü də xarici mütəxəssislər o cümlədən, ermənilər bu torpağı o qədər əziblər, o qədər qaydasız istismar ediblər ki, bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır. Ona görə də burada necə ki, bizim bütün təbii sərvətlərimizi talayıblar, istismar ediblər, torpağımızı da demək olar ki, böyük dərəcədə bərbad vəziyyətə salıblar.
Ona görə indi müasir aqrotexniki tədbirlər, müasir suvarma sistemləri və kənd təsərrüfatının inkişafı ilə bağlı ümumi strategiyamız əsasında bu torpaqları canlandırmaq lazımdır. Çünki siz də yaxşı bilirsiniz ki, Azərbaycanın bir çox bölgələrində çox münbit torpaqlar var, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda. Sovet vaxtında burada üzümçülüyü yəqin ki, xatırlayırsınız".
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK