Mərhum Xalq artistinin oğlu: "Hamı atamın yerinə danışır" - FOTO

Mərhum Xalq artistinin oğlu: Mərhum Xalq artistinin oğlu: "Hamı atamın yerinə danışır" - FOTO
"Allah atama elə rahat ölüm verdi ki, vəsiyyət belə edə bilmədi. Çox rahat şəkildə, özünün xəbəri olmadan həyatdan köçdü. Atam reanimasiyada, demək olar ki, yuxulu vəziyyətdə rəhmətə getdi. Bəlkə də, ürəyində deyəcək sözləri var idi". 
Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzov atası barədə danışarkən deyib. 
Mərhum Xalq artistinin oğlu: O bildirib ki, atası həyatda heç kimə əziyyət verməyib. Ona görə vəfatı belə rahat olub: 
"İnsanların ondan ötrü narahat olmalarını istəmirdi. Qəribə burasındadır ki, atamın cənazəsini yudurtmağa aparanda, yas məclisini təşkil edəndə, torpağa tapşırılanda da hər şey elə bil qabaqcadan hazırlanmışdı. Çox rahatlıqla oldu. 
Vəsiyyətini deyə bilməsə də, təxmini bilirik ki, nələri deyəcəkdi. Biz artıq buna əməl etməyə çalışırıq ki, onun ruhu şad olsun. Əsas istəyi bu idi ki, övladları bir-biri ilə mehriban olsunlar. Həmişə mənə məsləhət görürdü ki, sənətimlə bağlı fitnəyə getməyim, intriqadan uzaq olum. Mənə deyirdi ki, başımı salıb işimi görsəm, hər şey bir o qədər də yaxşı olacaq. Özü də elə adam idi". 
Aktyor atasının ölümündən sonra bir daha səhnəyə çıxmayacağı barədə yayılan şayiələrə aydınlıq gətirərək, haqqında deyilənləri təkzib edib:
"Mən, ümumiyyətlə, elə söz deməmişəm. O məlumatı kim götürüb elə yayıb, özüm də başa düşə bilmirəm. Belə vəziyyətdə elə bir açıqlama verməmişəm, boş məlumatdır. Onu demişəm ki, atamın 40 mərasiminə qədər nə səhnəyə çıxacağam, nə də sosial şəbəkədə görünəcəyəm. Belə demişəm. Bütün işlərimi, çəkilişlərimi və s. dayandırmışam. Nəyə görə səhnəyə çıxmayım?! Atamın sənətini yaşadıram. Elə şey olar?!" 
Cavidan Novruz, həmçinin sağlığında və həyatdan köçəndən sonra atasına göstərilən diqqətə görə dövlətdən, Mədəniyyət Nazirliyindən razı qaldığını bildirib:
"Bir aktyora nə vermək lazım idisə, atama hamısını veriblər. Heç vaxt demədi ki, yaşım keçir, məni diqqətdən kənar qoyurlar. Vaxtında Xalq artisti adını aldı. Prezident təqaüdünə layıq görüldü, ev verdilər. Son mənzilə belə yola salınanda layiqincə oldu. Hamı atamın yerinə danışır, nə istəyir deyir. Amma ailəsi qalıb kənarda. Bizim ailəmiz şəxsən dövlətdən narazı deyil. Bizə lazım deyildi atamı son mənzilə teatrdan yola salsınlar, ya da başqa yerdən götürsünlər. Onsuz da teatrlardan belə şeyləri yığışdırırlar. Xalqın onu sevərək yola salmağı ailəmizə bəs edir. Sənətkarla vidalaşmaq istəyənlər qapımızadək gəldilər. Yasda millət dolu idi". 
Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra ötən günlərdə dünyasını dəyişib. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkib. 
Şəlalə Babayeva

Şou Biznes       Tarix: 25 fevral 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari ensonxeberler metbuat xeberleri en son xəbərlər bugün