Mərkəz rəsmisi: "Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb" - FOTO

Mərkəz rəsmisi: "Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb" - FOTOÖlkədə nağdsız cəmiyyətin qurulması istiqamətində icrası nəzərdə tutulan tədbirlər kompleks xarakter daşıyır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, bu tədbirlər vergi sisteminin optimallaşdırılması, zəruri infrastrukturun qurulması, maliyyə savadlılığının artırılması kimi tədbirlərdən başlamış icbari tibbi sığortanın tətbiqi dairəsinin genişləndirilməsi kimi geniş spektrli sahələri əhatə edir:
"Nağdsız cəmiyyətin qurulması istiqamətində görülmüş tədbirlərə, örnək olaraq, özəl sektorda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə vergi yükünün azaldılması, sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizədək endirilməsi, mikro sahibkarlıq subyekti olan şəxslərin gəlirlərinin (mənfəətinin) 75 faizinin gəlir (mənfəət) vergisindən azad edilməsi, qanunvericiliklə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarlıq subyektlərinin ödədikləri dividendlərin vergilərdən azad edilməsi, mühasibat uçotunun elektron formada aparılmasının stimullaşdırılması, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin 7 il müddətinə güzəştli şərtlərlə tutulması üçün müvafiq qanuna dəyişiklikləri, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun layihələrinin hazırlanmasını qeyd edə bilərik. Rəsmi məlumatlara əsasən, bu gün ölkədə hər 10 min nəfərə təqribən 7 min 200 ödəniş kartı, 2,5 bankomat, 65 POS-terminal düşür, pensiyalar, təqaüdlər, sosial müavinətlər, büdcə təşkilatlarında və özəl sektorda fəaliyyət göstərən müəssisələrdə əməkhaqları kart vasitəsilə verilir. Mövcud statistikalar da artıq müvafiq istiqamətdə müsbət nəticələrin olduğunu, həmçinin əhalidə nağdsız istehlak vərdişlərinin yarandığını deməyə əsas verir. Xüsusilə də qeyd edək ki, debet və kredit kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2019-cu ilin avqust ayının göstəricilərinə əsasən 2016-cı illə müqayisədə əməliyyatların sayı parametrləri üzrə 1,7 dəfə (26%-dən 44%-dək), əməliyyatların həcmi göstəriciləri üzrə isə 2 dəfə ( 9,2%-dən 19,9%-dək) artıb. Bütün bu tədbirlər nəticəsində iqtisadi dövriyyənin şəffaflaşması, "kölgə" iqtisadiyyatının məhdudlaşdırılması, vergi bazasının genişlənməsi, əhalinin və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının artması, bank sektorunun investisiya imkanlarının artırılmasına nail olunacaqdır. Strateji yol xəritələrində rəqəmsallaşmanın birbaşa və dolayı iqtisadi təsirləri hesablanıb. Rəqəmsal ödənişlərin geniş tətbiqi ölkədə "kölgə" iqtisadiyyatının həcmini əhəmiyyətli dərəcədə azaltmaqla, ödəmələrin uçotunun aparılmasına, iqtisadiyyatda yaranan əlavə dəyərin tam şəkildə rəsmiləşdirilməsinə və vergi daxilolmalarının artmasına zəmin yaradır. Bu prioritetin həyata keçirilməsi ticarət əməliyyatları və hesablaşmalarda, ümumiyyətlə, maliyyə sistemində şəffaflığın daha da artırılmasını şərtləndirəcək ki, bununla da 2020-ci ildə real ÜDM-in 40 milyon manat birbaşa, 15 milyon manat dolayı olmaqla, ümumilikdə, 55 milyon manat artacağı proqnozlaşdırılır. Tənzimləmə mexanizminin nəzərdən keçirilməsi və müvafiq dəyişikliklərin edilməsi hesabına rəqəmsallaşma maliyyə-bank sektorunda effektivliyin artırılmasına səbəb olacaqdır. Bu da 2020-ci ildə real ÜDM-ə, 120 milyon manat birbaşa və 15 milyon manat dolayı olmaqla, 135 milyon manat həcmində töhfə verəcək".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 06 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta az xeber son xeber 2026 valyuta mezennesi 2026