Mərkəzi Bank 10 milyardı necə itirib? - Baş bankirdən AÇIQLAMA
"2008-ci ildən dünyada qlobal maliyyə böhranı başladı. Ölkədə makroiqtisadi sabitlik pozulmadı. Neftin qiyməti kəskin düşsə də, tez bir zamanda bərpa olundu".
KONKRET.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkə prezidentinin devalvasiya zamanı 10 milyard dolların itirilməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, 2014-cü ilin iyun ayından başlayaraq böhran, dünyada tələbin azalması və bir sıra amillərin təsiri altında neft qiymətlərinin azalması ilə müşahidə olundu: "2016-cı ilin sonunda neftin 28 dollara enməklə qiymətlər 4 dəfə azaldı. Bu halda ölkədə tədiyyə və ticarət balansında problemlər yaranmağa başladı. 1,4 milyardlıq kəsirlə üzləşdik".
Rüstəmov bildirib ki, cari balansda böyük itki ilə üzləşiblər: "Büdcəyə neft transferlərin həcmi yüksək idi. Yaranmış makroiqtisadi vəziyyətdə hesablamalar və qeyri-müəyyənliklər neftin qiymətini aşağı düşürdü. Proqnozlaşadırmaq çətin idi. Ölkə strateji valyuta ehtiyatlarını itirməklə üzləşdi. Valyuta transferləri və beynəlxalq ödəmə qabiliyyətinə ciddi təhdidlər yaranırdı. Sonrakı proseslər göstərdi ki, bu doğru qəbul edilmiş qərar idi. İldə 12 milyard transfer dövlət büdcəsinə sərf edirdisə, xərclər 6 milyard dollara düşdü. Yəni qeyd edilən 10 milyard dollar vəsait itkisi bir-iki ay ərzində baş vermədi. Fiskal və monetar siyasətdə lazımi nəticələr çıxarılıb"./qafqazinfo/

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var