Mərkəzi Bank avronun məzənnəsindəki dəyişikliklərin səbəblərini açıqladı

Mərkəzi Bank avronun məzənnəsindəki dəyişikliklərin səbəblərini açıqladıBu ilin əvvəlinə olan məlumata görə avronun Azərbaycan manatına qarşı məzənnəsi 1,7500 manat təşkil edirdisə, hazırda bu rəqəm 2 manata qədər yaxınlaşıb (1 avro=1,9949 manat). Rəqəmlərdən də göründüyü kimi, təkcə cari ilin ilk aylarındakı göstərici ilə ən sonuncu arasında təqribən 14% artım müşahidə olunur. Avronun məzənnəsinin bu həddə artması ən son 4 il əvvəl baş vermişdi. Bəs rəqəmlərdəki dəyişikliyin səbəbi nə ilə əlaqədardır? Qarşıda avronun manata qarşı məzənnəsi ilə bağlı gözləntilər nədən ibarətdir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, avronun bahalaşması ABŞ dolları indeksinin zəifləməsi fonunda baş verir.
Qeyd edilib ki, 2025-ci ilin 8 ayında spot dollar indeksi təxminən 10.5% ucuzlaşıb (yəni, ABŞ dolları digər valyutalar qarşısında ucuzlaşmışdır): "Bu zəifləmənin əsas səbəbləri kimi ABŞ-nin pul siyasətinin yumşalacağına dair gözləntilərinin artması, ABŞ-Çin ticarət gərginliyi fonunda investorların dollarda investisiyalardan çəkinməsi, Avropada fiskal dəstək tədbirlərinin iqtisadiyyata təsirləri və s. kimi məsələləri qeyd etmək olar".
Məlumatda vurğulanıb ki, avronun məzənnəsindəki artımın Azərbaycan iqtisadiyyatına təsirinin əhəmiyyətli olmayacağı gözlənilir: "Çünki dolların ucuzlaşması daimi bir proses deyil, müəyyən müddətdən sonra əks istiqamətdə dəyişiklik ehtimalı yüksəkdir".
"Mərkəzi Bank qlobal maliyyə bazarlarında gedən prosesləri izləyir və makroiqtisadi sabitliyi qorumaq üçün arsenalındakı bütün alətlərdən istifadə edir", – deyə məlumatda qeyd edilib.

Sosial       Tarix: 16 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arva

Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"-a istinadən xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb. Belə ki, avtomobil yol

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş

2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsulla

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Füzuli Rzaquliyevi

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son.xabar sonxəbər sonxeber