Mərkəzi Bank və Qiymətləndiricilər Palatasinin rəhbərliyi arasında görüş olub - FOTOLAR

Mərkəzi Bank və Qiymətləndiricilər Palatasinin rəhbərliyi arasında görüş olub - FOTOLARAzərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Palatası arasında işgüzar görüş keçirilib. Görüşdə Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Toğrul Əliyev, baş direktor Şahin Mahmudzadə və qurumun müvafiq struktur rəhbərləri, həmçinin Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov, Palatanın sədr müavinləri Günay İsmayılqızı və Ayan Qəmbərova, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Azər Niftiyev iştirak ediblər.
azxeber.com xəbər verir ki, tərəflər qiymətləndirmə sektorunda mövcud vəziyyəti, bank sistemində təminat kimi qəbul edilən aktivlərin dəyərinin müəyyənləşdirilməsi mexanizmlərini və bu sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüş qarşılıqlı dialoq şəraitində keçib və qiymətləndirmə proseslərinin daha dəqiq, şəffaf və risk yönümlü aparılması məqsədilə bir sıra institusional və texnoloji yeniliklər diqqətə çatdırılıb.
Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev kredit risklərinin idarə edilməsində təminatın real bazar dəyərinin düzgün müəyyən edilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. AQP sədri Nüsrət İbrahimov görüşdə təqdim etdiyi analitik çərçivədə girov dəyərinin şişirdilməsinin bankların LTV, LGD və kapital adekvatlığı modellərində uyğunsuzluqlara səbəb ola biləcəyini bildirib. Bu səbəbdən dəyərin yalnız bazar göstəricisi kimi deyil, eyni zamanda bərpa dəyəri və real satış potensialı nəzərə alınmaqla müəyyən edilməsi zəruri hesab olunub. Tərəflər IRB modellərində qiymətləndirmə məlumatlarının istifadəsi, PD/LGD göstəricilərinin hesablanmasına təsiri və ESG risklərinin bank risk modellərinə inteqrasiyası kimi məsələləri də müzakirə ediblər.
Görüşdə AQP tərəfindən hazırlanan ESG qiymətləndirmə modeli təqdim olunub. Model ətraf mühit, sosial məsuliyyət və idarəetmə üzrə 15 indikator əsasında layihələrin dayanıqlılığını qiymətləndirir və bank sektorunda yaşıl maliyyələşmənin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Tərəflər yaxın müddətdə bir neçə pilot layihə üzrə bu modelin tətbiqinə başlanılması barədə razılığa gəliblər.
Müzakirələrin əsas istiqamətlərindən biri AQP-nin hazırladığı süni intellekt əsaslı qiymət proqnozlaşdırma modulunun bank sistemlərinə inteqrasiyası olub. Modul bazar məlumatları, ESG göstəriciləri və makroiqtisadi trendlər əsasında daşınmaz əmlakın dəyərini real zamanlı proqnozlaşdırır və təminatların monitorinqində yeni mərhələ açır. Mərkəzi Bank sözügedən texnologiyanın bankların risk qiymətləndirmə mexanizmlərində tətbiqini dəstəkləyib və API əsaslı inteqrasiyaya hazır olduğunu bildirib.
Problemli kreditlər üzrə qiymətləndirmə çərçivəsi də görüşdə geniş müzakirə olunub. NPL təminatlarının satış müddəti, likvidlik diskontları, bazar qeyri-müəyyənliyi və ESG riskləri nəzərə alınmaqla qiymətləndirilməsi, təkrar qiymətləndirmə dövrlərinin müəyyənləşdirilməsi və bu mexanizmin prudensial nəzarət çərçivələri ilə uyğunlaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin "BQS 2025" (Beynəlxalq Qiymətləndirmə Standartları) standartlarına uyğun vahid qiymətləndirmə hesabatı formatının tətbiqi, hesabatların AQP portalında avtomatik struktur yoxlanışından keçirilməsi və metodoloji uyğunsuzluqlarla bağlı sistem bildirişlərinin verilməsi kimi yeniliklər təqdim olunub. Bu mexanizmlərin bank sektorunda şəffaflığı və müqayisəliliyi artıracağı vurğulanıb.
Görüşün sonunda tərəflər Azərbaycan Respublikası Mərkəzi Banki və Azərbaycan Qimyətləndiricilər Palatası arasında rəqəmsal inteqrasiya modulunun hazırlanması, ESG və yaşıl kreditlər üzrə pilot proqramların işə salınması, bank təminatlarının vahid reyestrə daxil edilməsi və peşəkar təlim proqramlarının hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Eyni zamanda hər iki qurumdan qarşılıqlı fəaliyyəti kordinasiya edəcək İşçi Qrupunun yaradılmasına qərar verilib. Görüş qiymətləndirmə sektorunda beynəlxalq standartlara uyğun, məlumat əsaslı və risk yönümlü yanaşmanın tətbiqinin gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilib.
Mərkəzi Bank və Qiymətləndiricilər Palatasinin rəhbərliyi arasında görüş olub - FOTOLARMərkəzi Bank və Qiymətləndiricilər Palatasinin rəhbərliyi arasında görüş olub - FOTOLAR

İqtisadiyyat       Tarix: 22 noyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun sou xeberler bugun xeber az en son xeber