Mərmərədə batan gəminin yeri müəyyənləşdi
Türkiyədə Mərmərə dənizində batan gəminin yeri müəyyənləşib.
"Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, "Batuhan A" adlı yük gəmisinin sonar görüntüləri Dəniz Qüvvələri Komandanlığı və Sahil Mühafizə Komandanlığı tərəfindən paylaşılıb.
Sahil Mühafizə Komandanlığından verilən açıqlamada yerli saatla 06.30-da Karacabey rayonu sahillərində ağır hava və dəniz şəraiti səbəbindən batmağa başladığı bildirilib.
Açıqlamada bildirilib ki, hadisə yerinə TCSG-313 və TCSG 85 gəmiləri, TCSG-25 və KB-4502 qayıqları göndərilib.
Bundan başqa, Dəniz Qüvvələri Komandanlığına bağlı sonar cihazı olan TCG ÇUBUKLU gəminin dəqiq yerini müəyyən etmək üçün hadisə yerinə göndərilib. Hadisə yerinə Dəniz Qüvvələri Komandanlığından TCG AYVALIK və Sahil Mühafizə Komandanlığından TCSG GÜVEN gəmisi də sövq edilib.
Sonar skan zamanı "Batuhan A" yük gəmisinin dənizin 51 metr dərinliyində olan görüntüsü əldə olunub.
69 metr hündürlüyündə yük gəmisinin 6 nəfərlik heyəti üçün 275 nəfərlik axtarış-xilasetmə işləri davam edir. / konkret.az

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA