Meşə ərazisi ilə Ağsudan Şamaxıya keçmək istəyənlər həbs edildi
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparan zaman 2 nəfər rayon sakini - Xəqani Əsədov və Elşən Cəbrayılovun meşə ərazisi ilə Şamaxı rayonuna keçmək istədikləri müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, polis əməkdaşları həmin şəxslərə dayanmaları ilə bağlı xəbərdarlıq etsə də, onlar qaçmağa cəhd ediblər. X.Əsədov və E.Cəbrayılov saxlanılaraq Polis Şöbəsinə gətirilib, barələrində protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati həbs olunub.
Bundan başqa, Ağsu və Kürdəmir rayonları arasında yaradılan postda "Kamaz" markalı yük maşını postu keçərkən polisin "saxla" əmrinə tabe olmayıb. Ağsu RPŞ-nin əməkdaşları nəqliyyat vasitəsini saxlamağa nail olublar və sürücünün Kürdəmir rayon sakini Sübhan Qədiyev olduğu müəyyən edilib.
Sübhan Qədiyevin həmyerlisi Mənsur Mütəllimovu yük maşınının yatacaq hissəsində gizlədərək, Ağsu rayonu ərazisinə keçirmək istədiyi məlum olub. Həmin şəxslər də saxlanılaraq, barələrində protokol tərtib olunub və məhkəmənin qərarı ilə həbs olunublar.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU