Meşə yanğınları artıq Yunanıstanı da bürüdü
Güclü küləklər səbəbindən güclənə biləcək meşə yanğınları fonunda Yunanıstanın bir sıra bölgələrində ikinci ən ciddi yanğın təhlükəsi yaranıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Vətəndaşların Müdafiəsi Nazirliyi məlumat yayıb. İdarənin məlumatına görə, təkcə aprelin 6-da ölkə üzrə 71 meşə yanğını baş verib. Ölkənin yanğınsöndürmə xidmətinin bildirdiyinə görə, yanğınların əksəriyyəti nəzarət altına alınsa da, onlardan biri – Krit adasında meşə hələ də yanır.
Nazirlik qeyd edib ki, aprelin 9-dək Yunanıstanın bəzi ərazilərində sürəti 60 km/saata çatan güclü küləklər gözlənilir ki, bu da vəziyyəti yanğınlar üçün son dərəcə təhlükəli edəcək. Söhbət Afina bölgəsindən, ölkənin mərkəzi hissəsindən, Kiklad adalarından və Kritdən gedir.
Mütəxəssislər Yunanıstanda adətən may ayında başlayan meşə yanğınları mövsümünün texnogen iqlim dəyişikliyinə görə daha tez başlayacağını deyirlər.
İlkanə,
KONKRET.az

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
Ağdamda traktor minaya düşdü