Məşğələyə gecikirəm' deyən şagird 2-ci mərtəbədən atlayaraq xəsarət aldı - VİDEO
Abşeron rayonu, Masazır kənd 4 nömrəli tam orta məktəbin şagirdi ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.
Şagird "məşğələyə gecikirəm" deyib və ikinci mərtəbədən atlayaraq məktəbdən qaçmaq istəyib. Ancaq bu əməli ona baha başa gəlib.
Məsələdən xəbər tutan müəllimlər hadisə zamanı xəsarət alan 10-cu sinif şagirdini dərhal Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Abşeron rayon Təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Tahirova "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, hadisə saat 12 radələrində baş verib. Sözügedən şagird müəllimlərin gözündən yayınaraq ikinci mərtəbədən qaçmağa cəhd göstərib.
Məktəbdən isə bildirildi ki, şagirdlərin dərsdən yayınmamaları üçün məktəbdə nəzarət gücləndirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı süjetdə:

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı